Şölə Cavanşir qızı Səfərəliyeva (29 avqust 1984, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti.
Şölə Səfərəliyeva | |
---|---|
Doğum tarixi | 29 avqust 1984 (40 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1995-ci ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 2 oktyabr 1995-ci ildə əfsanəvi " Qaya " kvartetinin solisti, Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, "Bəri Bax" uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib.
(Atası) Səfərəliyev Cavanşir Xalid oğlu 15.08.1958, (anası) Səfərəliyeva Sona Sabir qızı 09.06.1959 (qardaşı) Səfərəliyev Elçin Cavanşir oğlu 13.02.1986
2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub. Təhsil illərində şairlər Zöhrab Tahir, Nəriman Həsənzadə, görkəmli tarixçi alim İqrar Əliyev, politoloq Aydın Mirzəzadədən dərs alıb. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.
Bəri Bax ansamblının tərkibində bir çox festival və müsabiqələrdə diplom və mükafatlara layiq görülüb. Qönçə 1996…fəxri fərman , caz festivallarda masterklasslarda iştiraka görə diplomlar, İlin ən fəal gənci diplomu. Slavyanskiy bazar 2001 (qranpri)və b.. və həmin ildən Mədəniyyət nazirliyində çalışır. "Qaya" dövlət ansamblının tərkibində fəaliyyət göstərən Bəri Bax uşaq ansamblı dəfələrlə ölkənin ən mötəbər tədbirlərində çıxış edib. Qrupun tərkibində bu günədək İstanbul, İskenderun, Misir, Yuneskonun təşkilatçılığı ilə Fransada, Vainqton, Gürcüstan, Vitebsk, diasporanın vasitəsilə Berlində və digər şəhərlərdə solo konsertlər verib dövlət səviyyəli tədbirlərdə çıxış edib.
Səhnə fəaliyyətini daha da genişləndirmək üçün 2003-cü ildə keçirilən ilk Sing Your Song , 2005-ci ildə keçirilən ikinci Azəri Star müsabiqələrində solo ifaçı kimi finala çıxıb diplomlara layiq görülüb. Eyni zamanda 2010-cu il üçün keçirilən Avroviziya müsabiqəsinin final seçmə turlarında iştirak edib. Musiqi ilə yanaşı digər səhnə imkanlarını artırmaq məqsədilə müsabiqə yolu ilə 2011-ci ildə AnsÇm radiosunda aparıcı dj kimi praktika keçmiş , həmçinin ANS tv tərəfindən keçirilən ilk USA-Azerbaijan media academy'yə qəbul olunub, jurnalistikanın incəliklərinə yiyələnməyə çalışmış, kanalın rəhbəri Vahid Mustafayev və ABŞ-nin o illərdə ölkəmizdəki səfiri Metyu Brayza tərəfindən diplomla mükafatlandırılıb. Bir müddət ANS tv və Bakı film kino studiyasında çalışıb.
2007-ci ildən etibarən Bəri bax ansamblı rəsmi olaraq Qaya dövlət ansamblı adını alır və uşaqlardan ibarət Bəri Bax qrupundan bu günədək kollektivdə fəaliyyətini davam etdirən yeganə solisti kimi qrupda ifası davam edir. 2007–2008-ci tədris illərində həmçinin 21 saylı musiqi məktəbində xor dərslərinin aparıcısı olmub. 2012–2014-cü illər ərzində qrupdakı ifa ilə yanaşı KATV1 kabel televiziyasında fəaliyyət göstərən Chatbox kanalında musiqili , həmçinin Psixoloq adlı psixoloji verilişin aparıcısı olmub. İfaçılıqla yanaşı həmçinin şeir yazmaqla da maraqlanır. Bəri bax, Qaya ansamblında ifa olunan, bundan əlavə qrupun bədii rəhbəri Rauf Babayevin bəstələdiyi musiqilərin, solo ifasında səslənən bir çox mahnıların söz müəllifidir.
2015-ci ildə Qazaxıstanın Atırau şəhərində diasporamızın təşkilatçılığı ilə keçirilən 10 may ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş dövlət tədbirində solo konsertilə çıxış edib. Bu gün 1992-ci ildən bəri davam edən musiqi fəaliyyəti, Bəri Bax, Qaya dövlət ansamblındakı uğurları ilə yanaşı solo yaradıcılığında da nailiyyətləri az deyil (ölkə daxilində dövlət tədbirlərində, görkəmli şəxsiyyətlərin yubiley konsertlərində, televiziyalarda solo ifalar və s.). Qaya ilə 2016 yanvar Dağıstan Maxaçkalada Qaya solo konsert. Murad Kajlayevin yubileyi. 2016 aprel döyüşləri ilə əlaqədar Füzulinin N saylı hərbi hissində Qaya ilə əsgərlər üçün konsert proqramında çıxış. 2017-ci il sentyabr ayında dövlət xətti ilə Ağdam konserti, solo ifaçı kimi bu il avqustda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəz tərəfindən Retro Bakı tədbirində fəal iştirakına görə təşəkkürnamə. Oktyabrda Mobil Babayevin yaradıcılıq gecəsində solo ifa. 2018-də 14–16 may Pakistanda İslamabad şəhərində səfirliyimiz tərəfindən keçirilən ADR 100 illiyi münasibətilə olan konsertdə solo ifa ilə çıxış. 27 may 2018-ci ildə Əməkdar artist adına layiq görülüb. 2018 iyul ayında Gənclər və idman nazirliyinin təşkil etdiyi MDB ölkələrinin gəncləri üçün keçirilən ilk yay düşərgəsində estrada vokal dərsində master klass keçib.
15 sentyabr 2022-ci ildən etibarən Azərbaycan Milli konservatoriyasında Populyar musiqi və caz kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
Şuşa İslam Mədəniyyət paytaxtı 2024 çərçivəsində 12 oktyabrda “Şuşa şəhərinin İslam Memarlıq irsi” adlı simpoziumda bədii hissədə çıxış etmişdir.
13 oktyabr 2024 Cop29-da Yunanıstan səfirliyinin dəvəti ilə AMK tələbələrindən ibarət ansamblın rəhbəri və vokal ifaçısı kimi Olimpiya Stadionunda Yunan və Azərbaycan dillərində akapello ilə çıxış etmişdir.
Say | Klip | Tarix |
---|---|---|
01 | Sən Rəssam | 2012 |
02 | Xəbəri Yox | 2012 |
03 | Susmayaq | 2013 |
04 | 10-a Qədər Say | 2013 |
05 | Əlvida ft. Sevən Ürəklər | 2013 |
06 | Ola Bilməz | 2013 |
07 | Sənsən ft. Anar Nağılbaz | 2013 |
08 | Ürəyimdə | 2015 |
09 | Ürəyin Tələbi | 2018 |
10 | Uzat Əlini | 2022 |
Şölə Səfərəliyeva — Facebook səhifəsi