Şötük

Şötük — ən çox quzudəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya.

Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.