Şövkət Ağayev (tam adı: Şövkət Həsənoviç Ağayev; 14 dekabr 1936, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Şövkət Ağayev | |
---|---|
azərb. Şövkət Həsənoviç Ağayev | |
Doğum tarixi | 14 dekabr 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Vətəndaşlığı | SSRİ |
Atası | Həsən |
Anası | Rəhimə |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Hüquqşünas, hakim, vəkil |
Şövkət Ağayev 1936-cı il 14 dekabr tarixində Bakıda anadan olmuşdur. Əslən qarabağlı idi. Anası Rəhimə xanım əslən Osetiyadan, atası Həsən bəy isə içərişəhərli olmuş, 70-ci illərdə Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.[2]. Şövkət Ağayev əvvəlcə Bakıda 18 nömrəli məktəbi bitirmiş, sonra BDU-da hüquq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra, əvvəlcə hüquqşünas, sonra keçmiş Orconokidze rayonunda (indiki Suraxanı rayonunda) xalq hakimi, daha sonra isə Poladtökmə zavodunda vəkil işləmişdir.[3] 1983-cü ildə ailə həyatı qurmuş, ailə həyatından bir qızı yadigar qalmışdır.[2]
19 yanvar 22:00 radələrində XI Qızıl Ordu meydanına getmək üçün evdən çıxmış və bir daha geri qayıtmamışdır. Binəqədi Rayon Məhkəməsinə itkin düşməsilə bağlı ailəsi tərəfindən müraciət edilmiş, Məhkəmənin 22 may 1996-cı il qətnaməsilə Şövkət Ağayevin xəbərsiz itkin düşməsi elan olunmuşdur.[4]. Ailəsi tərəfindən şəhid statusu alması üçün müraciətlər yalnız itkin düşdüyü tarixdən 27 il sonra — 2017-ci ildə "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2 avqust 2017-ci il tarixli 3140 saylı Sərəncamından sonra müsbət başa çatmışdır.[1]