Şövqi Novruzov(tam adı:Novruzov Şövqi Heydər oğlu; 3 may 1937, Bakı) — ədəbiyyatşünas və jurnalist.
Şövqi Novruzov | |
---|---|
Doğum tarixi | 3 may 1937 (86 yaş) |
Doğum yeri |
Novruzov Şövqi Heydər oğlu 3 may 1937-ci ildə Bakı şəhərində anadan olub.
1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini, 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun(indiki Ədəbiyyat İn-tu) aspiranturasını bitirmişdir.
1969-cu ildə filologiya elmləri namizədi olub.
Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında (indiki “Azərbaycan Milli Ensikolpediyası” Nəşriyyatı) böyük elmi redaktor, redaksiya müdiri (1966-70), Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent əvəzi (1970-74), “Azərbaycan kommunist” jurnalının baş redaktor müavini (1981-1991). “”Dirçəliş” jurnalının, “Ana vətən” qəzetinin (1992-93) baş redaktoru (1991-93), Baş Sosial İdarəetmə və Politologiya İnstitunun baş müəllimi (1993-99) olmuşdur. Mətbuat tarixinə dair tədqiqatı, elmi-publisistik məqalələri var.