Şüalanmanın udulma dozası

Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir,D=E/m.BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3-10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir.Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür.Praktik dozimetriyada hesab etmək olar ki,1R,təxminən,şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

MyakişevG.Y.və b.XI sinif Fizika.Maarif 1992.səh.237