Şükrulla xan Sədrai

Şükrulla xan Hacı Məhəmmədhüseyn xan oğlu Sədrai (1873, İsfahanTehran) — Xalxal hakimi, nazir, Məşrutə hərəkatının üzvü.

Şükrulla xan Sədrai
Doğum tarixi 1873
Doğum yeri
Vəfat yeri
Fəaliyyəti dövlət qulluqçusu

Şükrulla xan 1878-ci ildə İranın İsfahan şəhərində anadan olmuşdur. Atası Hacı Məhəmmədhüseyn xan Sədrəddövlə Müzəffərəddin şah Qacarın təşrifat rəisi idi.

Şükrulla xan ibtidai təhsilini molla yanında, ali təhsilini mədrəsədə almışdı. Atası Xalxalın hakimliyindən Təbrizə, vəliəhd Müzəffərəddin mirzənin sarayına gətirilmiş, onu həmin vilayətə göndərmişdilər. Atasının vəfatından sonra şahzadənin təşrifat işlərinə başçılıq etmişdi. Mötəmədi-Xaqan ləqəbini daşıyırdı. Sonra Qəvamüddövlə ləqəbinə yiyələnmişdi.

Müzəffərəddin mirzə 1896-cı ildə Tehrana yollanarkən Şükrulla xanı da özü ilə saraya aparmışdı. O, sarayda iç xidmətlərin birinə, rəisi-xəlvət deyilən bir vəzifəyə təyin olunmuşdu. Xəlvətin sirrini yaydığına görə işdən çıxarılmış, Mazandaran əyalətinə sürgün olunmuşdu.

Şükrulla xan Sədrai Mazandaran əyalətində olarkən oranın soylu şəxslərindən biri Sepahdari-Əzəmlə yaxından tanış olmuşdu. Onun vasitəsilə Məşrutə hərəkatına qoşulmuşdu.

Şükrulla xan Sədrai Sepahdari-Əzəmin baş nazirliyi dönəmində (16 oktyabr 1920 — 21 fevral 1921) hökumətdə təmsil olunmuşdu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]