Şıx burnu[1] — burun olaraq Abşeron yarımadasının cənub-qərbində, Bakı buxtasının qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Qaradağ rayonu, Bibiheybət qəsəbəsi ərazisinə daxildir. Buxtanın təbii sərhəddini təşkil edir. Salyan şossesindən qərbdə burunun daxilinə yol ayrılır. Ərazisində Bibiheybət Tarix və Diyarşünaslıq Muzeyi vardır. Burun sahilindən 160 m[2] cənubda kiçik qaya çıxıntısını xatırladan Şıxov adası yerləşir.
Şıx burnu | |
---|---|
Yerləşməsi | |
40°18′14″ şm. e. 49°49′46″ ş. u.HGYO | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Azərbaycan |
|