Şıx piri — Ordubad rayonunun Biləv kəndində ziyarətgah.
Dördkünc formalı daşdan tikilmiş binadan ibarətdir. İçərisində iki müsəlman qəbri var. Qəbirlərin üzərinə daş döşənmiş, ətrafı dördkünc formada daşlarla əhatə edilmişdir. Hazırda pirin içərisində sumax ağacları var. İnsanlar dilək tutaraq ağaclara müxtəlif rəngli parçalar bağlayırlar. Pirin ətrafında orta əsrlərə aid qəbiristanlıq var. Şıx pirini 16-18 əsrlərə aid etmək olar.[1]