Şıxbaba ocağı

Şıxbaba ocağıŞərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah.

Pir son zamanlar bərpa olunmuş, lakin Araz çayının daşması ilə yenidən dağılmışdır. Pir binasının qalıqları dördkünc formalıdır. Binanın yaxınlığında bir-birinin üzərinə yığılmış qara daşlar var. Ziyarətçilər dilək tutaraq həmin daşların arasında şam yandırırlar. Xalq arasında olan rəvayətə görə Püsyan kəndinə gələn və özünü heç kəsə bəlli etməyən Şıxbaba burada qeyb olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatı tapılmışdır. Pirdə toplanan qara daşlar Erkən tunc dövrünə aid əmək alətləridir. Belə hesab etmək olar ki, pir qədim yaşayış yerinin ərazisində yaranmışdır. Piri e.ə. III minilliyə aid etmək olar.[1]

  1. Naxçıvan Abidələr Ensklopediyası. Naxçıvan 2008