Şəbədə

Şəbədə — mövzu etibarilə məzəmmət, lağ, yüngül istehza xarakteri daşıyan şeir parçaları.

Folklorda və aşıq poeziyasında xüsusilə geniş yayılmışdır. Şəbədədə hər hansı şəxsin davranışındakı, məişətindəki, xarakterindəki bu və ya digər naqis, qüsurlu cəhəti götürülərək məzəmmət və lağ etməklə daha da qabarıqlaşdırılır.[1] Aşıq Ələsgərin aşağıdakı gəraylısı şəbədəyə nümunə ola bilər:

Ala gözlü, nazlı dilbər,
Elindən xəbərin varmı?
Dörd bir yanın bağça, söyüd,
Gülündən xəbərin varmı?

O zaman ki, gəldim sizə,
Mayıl oldum ala gözə,
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?

O vədə ki, gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?

Daha düşübsən hənəkdən,
Suyun qurtarıb sənəkdən,
Məmən çıxıbdı köynəkdən,
Tulundan xəbərin varmı?

Ələsgərlə çəkmə dava,
Ariflər baxsın hesaba,
Cehizindi qırıq tava,
Malından xəbərin varmı?

  1. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.497-498
  • Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.