Şəbəkə ünvanlama texnologiyaları

Kompüter şəbəkələrində kompüterlərin bir birini birmənalı şəkildə identifikasiya etməsi üçün onlara ünvanlar verilir. Ünvanların əsas növləri aşağıdakılardır:

Fiziki (lokal) ünvan - altşəbəkə hüdudunda qovşaqların identifikasiyası üçün istifadə edilir, məsələn, МАС (Media Access Control  Daşıcıya girişin idarə edilməsi), əgər alşəbəkə Ethernet, Token Ring, FDDI texnalogiyalarını istifadə edirsə və ya IPX-ünvan, əgər altşəbəkə IPX/SPX texnalogiyasını istifadə edirsə;

Şəbəkə ünvanı (IP-ünvan) - mürəkkəb kompüter şəbəkələrində (altşəbəkələrdə) qovşaqların identifikasiyası üçün istiadə edilir;

Domen adı – kompüter şəbəkəsində qovşaqların simvol identifikatorudur;

Resursların universal identifikasiyası (URL - Uniform Resource Locator) - kompüter şəbəkəsində (İnternetdə) kompüterlərin, kataloqların və ya faylların birmənalı identifikasiyası sistemidir.

MAC-ünvan[redaktə | mənbəni redaktə et]

Qovşağın fiziki (lokal) ünvanı onun daxil olduğu şəbəkənin istifadə etdiyi texnologiya ilə müəyyən olunur. Lokal şəbəkə qovşaqları üçün, bu, şəbəkə adapterinin MAC-ünvanıdır, məsələn, 11-А0-17-3D-BC-01. Bu ünvan avadanlığın istehsalçısı tərəfindən təyin olunur və unikal ünvandır. Lokal şəbəkələrin bütün mövcud texnologiyaları üçün MAC-ünvan 6 bayt formata malikdir: yuxarı 3 bayt istehsalçı şirkətin identifikatorudur, aşağı 3 bayt isə unikal şəkildə istehsalçı tərəfindən təyin olunur. Qlobal şəbəkəyə (məsələn, X.25 və ya Frame relay şəbəkəsinə) girən qovşaqlar üçün lokal ünvan qlobal şəbəkə inzibatçısı tərəfindən təyin olunur. Kanal səviyyəsinin əksər protokolları IEEE tərəfindən idarə olunan üç MAC-ünvanlar fəzasından birini istifadə edir: MAC-48, EUI-48 və EUI-64. Hər bir fəzadakı ünvanlar nəzəri olaraq qlobal şəkildə unikal olmalıdır. Heç də bütün protokollar MAC-ünvanı istitifadə etmir və heç də MAC-ünvanı istifadə edən bütün prtokolların ünvanların belə qlobal ünikallığına ehtiyacı yoxdur. Geniş yayımlı şəbəkələrdə (məsələn, Ethernet şəbəkələrində) MAC-ünvan şəbəkənin hər bir qovşağını unikal şəkildə identifikasiya etməyə və verilənlərin bu qovşağa şatdırılmasına imkan verir. Beləliklə, MAC-ünvanlar kanal səviyyəsində şəbəkənin əsasını yaradır. Bu zaman MAC-ünvanların şəbəkə ünvanına və əksinə çevrilməsi üçün xüsusi protokollar (məsələn, ARP və RARP) istifadə edilir. MAC-48 tipli ünvanlar daha çox yayılıb və Ethernet, Token Ring, FDDI və s. texnologiyalarda istifadə edilir. MAC-48 tipli ünvanlar 48 bitdən təşkil olunur və beləliklə onun ünvanlar fəzası 248 (və ya 281 474 976 710 656) ünvana malik olur. IEEE-nin hesablamalarına görə bu ünvanlar ehtiyatı heç olmasa 2100-cü ilə qədər bəs edər. EUI-48 tipli ünvanlar MAC-48 tipli ünvanlardan ancaq semantik fərqlənir, yəni MAC-48 şəbəkə avadanlıqlar; üçün istifadə edildiyi halda, EUI-48 digər növ aparat və proqram təminatları üçün istifadə edilir. EUI-64 identifikatoru 64 bitdən ibarət olur və FireWire-də istifadə edilir, həmçinin IPv6-da qovşağın şəbəkə ünvanın aşağı 64 biti keyfiyyətində istifadə edilir. MAC-ünvanın strukturu şəkil 23-də göstərilmişdir. MAC-ünvanın birinci biti I/G (Individual/Group) ünvanın tipini göstərir (0 - fərdi, 1 - qrup). Qrup ünvanına malik olan paketləri bu qrup ünanı olan bütn şəbəkə adapterləri alacaq. İkinci bit U/L (Universal/Local) ünvanın təyin olunma üsulunu müəyyən edir. Adətən 0 təyin olunub. 1 olduqda, ünvan istehsalçı tərəfindən deyil, lokal şəbəkənin inzibatçısı tərəfindən təyin olunduğunu göstərir.

İstehsalçının unikal identifikatoru - OUI (Organizationally Unique Identifier). IEEE tərəfindən təyin olunur.

İstehsalçının unikal ünvanı - OUA (Organizationally Unique Address). İstehsalçı tərəfindən təyin olunur. OUA və OUİ birlikdə UAA (Universally Administered Address) adlanır - universal idarə olunan və ya IEEE-ünvandır.

IP-ünvanlama[redaktə | mənbəni redaktə et]

Kompüter şəbəkələrində verilənlərin ötürülməsinin təmin edilməsi üçün şəbəkəyə qoşulmuş hər bir qovşağın birmənalı şəkildə identifikasiya edilməsi imkanı olmalıdır. Bu IP-ünvanlamanın köməyi ilə mümkündür. Kompüter şəbəkəsinə qoşulmuş bütün kompüterlər, printerlər, marşrutlayıcılar və s. qovşaq sayılır və şəbəkədə qarşılıqlı əlaqədə olmaq üçün heç olmasa bir IP-ünvana malik olmalıdırlar. IP-ünvan şəbəkədə əsas ünvan olaraq paketlərin şəbəkə səviyyəsində şəbəkələr arasında ötürülməsini təmin edir. IP-ünvan 4 baytdan ibarətdir, məsələn, 109.26.17.100 və şəbəkə səviyəsində istifadə edilir. Yəni, IP-ünvan dörd ədədlər yığımından ibarətdir və hər biri 0-dan 255-ə qədər diapazonda yerləşir. IP-ünvan iki hissədən ibarət olur: şəbəkənin nömrəsindən və qovşağın nömrəsindən. IP protokolu qovşağın nömrəsini onun lokal ünvanından asılı olmayaraq təyin edir. IP-ünvanın şəbəkə nömrəsi və qovşaq nömrəsi sahələrinə bölünməsi dəyişkəndir və onlar arasında sərhəd çox sərbəst qoyula bilər. Qovşaq bir neçə IP-şəbəkəyə daxil ola bilər. Bu halda qovşaq şəbəkə birləşmələrinin sayına bərabər olan bir neçə IP-ünvana malik olmalıdır. Beləliklə, IP-ünvan ayrı kompüteri və ya marşrutlayıcını deyil, bir şəbəkə birləşməsini xarakterizə edir. Mənbə kompüterə görə təyinat qovşağının müəyyən edilməsi üçün IP-ünvanlar siniflərdə təşkil olunub. Bu sistem siniflər üzrə IP-ünvanlama üsulu adlanır

IP-ünvanın komponentləri[redaktə | mənbəni redaktə et]

IP-ünvan iki komponentdən ibarətdir – şəbəkənin identifkatorudan və qovşağın identifikatorundan. IP-ünvanın birinci hissəsi şəbəkə identifikatorudur və kompüterin yerləşdiyi seqmenti müəyyən edir. Eyni bir seqmentin komponentləri eyni bir şəbəkə identifikatoruna malik olmalıdır. IP-ünvanın ikinci hissəsi qovşağın identifikatorudur və seqmentdə olan kompüteri, marşrutlayıcını və ya digər qurğuları müəyyən edir. Bir şəbəkə identifikatoru çərçivəsində hər bir qovşağın identifikatoru unikal olmalıdır. IP-ünvan kimi şəbəkə identifikatoru da dörd ədəddən təşkil olunur. Buna görə də, əgər IP-ünvanın birinci ədədi w şəbəkə identifikatorudurunu təmsil edirsə (əgər IP-ünvanı w.x.y.z şəklində təsvir etmiş olsaq  cədvəl 1-ə bax), onda bu identifikatorun strukturu w.0.0.0 şəklində olacaq və bu identifikatorda sonrakı üç ədəd sıfırdır. Bununla yanaşı, qovşaq identifikatorunun strukturu x.y.z şəklində olacaq və bu ədədlərdən əvvəl 0 gəlmir. Qeyd etmək lazımdır ki, müxtəlif şəbəkələrdə yerləşən iki kompüter eyni qovşaq identifikatoruna malik ola bilər. Lakin hər bir biri ilə qarşılıqlı əlaqədə olan hər bir kompüter üçün şəbəkə identifikatoru və qovşaq identifikatoru kombinasiyası unikal olmalıdır.

IP-ünvan sinifləri[redaktə | mənbəni redaktə et]

Bu gün siniflər üzrə IP-ünvanlama geniş istifadə edilir. IP-ünvan birinci ədədin qiymətinə görə beş sinifə bölünür (cədvəl 1). Təşkilatlara bu və ya digər siniflərin IP-ünvanlar bloku təyin olunur. Bu blokun ölçüsü təşkilatın ölçüsündən asılıdır. IP-ünvanlar aşağıdakı siniflərə bölünür:

A sinifi. A sinifinin ünvanları çoxlu sayda qovşaqları olan şəbəkələrə təyin edilir. Bu sinif 126 şəbəkənin olmasına yol verir, çünki şəbəkənin identifikasiyası üçün IP-ünvandakı birinci ədəd istifadə edilir. Digər üç ədədlər isə qovşaq identifikatorunu əmələ gətirir, bu da şəbəkədə 16777214 qovşağı dəstəkləməyə imkan verir;

B sinifi. B sinifinin ünvanları orta və böyük ölçülü şəbəkələrə təyin edilir. Bu sinif 16384 şəbəkənin olmasına yol verir, çünki şəbəkənin identifikasiyası üçün IP-ünvandakı ilk iki ədəd istifadə edilir. Digər iki ədədlər isə qovşaq identifikatorunu əmələ gətirir, bu da şəbəkədə 65534 qovşağı dəstəkləməyə imkan verir. Məsələn, 172.16.53.46 IP-ünvanı B sinifinin ünvanıdır, çünki w=172, yəni 128 və 191 diapazonunda yerləşir. Beləliklə, şəbəkənin identifikatoru 172.16.0.0, qovşağın identifikatoru isə 53.46 olacaq;

C sinifi. C sinifinin ünvanları kiçik lokal şəbəkələr üçün istifadə edilir. Bu sinif təxminən 2097152 şəbəkənin olmasına yol verir, çünki şəbəkənin identifikasiyası üçün IP-ünvandakı birinci ədəd istifadə edilir. Digər ədədlər isə qovşağın identifikatoru istifadə edilir, bu da şəbəkədə 254 qovşağı dəstəkləməyə imkan verir;

D və E sinifləri. D və E sinifləri qovşaqlara təyin olunmur. D sinifi ünvanları çoxünvanlı göndərmələr üçün istifadə edilr, E sinif ünvanları isə gələcək üçün ehtiyat saxlanılıb.

Altşəbəkələrə ayırma[redaktə | mənbəni redaktə et]

Şəbəkənin işinin effektivliyinin artırılması üçün onun məntiqi hissələrə (seqmentlərə)  altşəbəkələrə bölünməsi lazım gəlir. Seqmentlər arasında verilənlərin ötürülməsinin təmin edilməsi üçün onlar marşrutlayıcılarla birləşdirilməli və hər bir altşəbəkə üçün identifikator müəyyən edilməlidir. Tutaq ki, müəyyən bir təşkilatın şəbəkəyə birləşmiş 2000 kompüteri var və İnternetə qoşulmaq üçün bu təşkilata, məsələn, 180.115.0.0 şəbəkə identifikatoru verilir. Təşkilatın şəbəkə inzibatçısı şəbəkənin effektivliyini artırmaq və idarəetməni yüngülləşdirmək üçün şəbəkəni daha kiçik altşəbəkələrə ayıra bilər (tutaq ki, onların sayı 10 olacaq). Hər bir altşəbəkəyə öz unikal şəbəkə identifikatoru təyin olunmalıdır. Bu zaman təşkilata verilmiş şəbəkə identifikatoru (180.115.0.0) İnternetə qoşulmaq üçün istifadə edilir. İnternetə qoşulmaq üçün istifadə edilən şəbəkə identifikatorunun kiçik altşəbəkələrin yaradılması üçün ortaq istifadəsi altşəbəkəyə ayırma adlanır. Altşəbəkələrə böldükdən və onlara şəbəkə identifikatorları təyin etdikdən sonra hər bir altşəbəkə öz şəbəkə identifikatoruna malik olacaq: 180.115.1.0, 180.115.2.0, …, 180.115.10.0. Qovşağın şəbəkə identifikatorunu müəyyən etməklə, digər kompüterin ona nisbətən lokal olub, olmamasını bilmək asandır. Bunun üçün sadəcə hər iki qovşağın şəbəkə identifikatorunu müqayisə etmək lazımdır. Əgər şəbəkə identifikatorları üst-üstə düşürsə, deməli hər iki qovşaq eyni bir altşəbəkədə yerləşir, əks halada isə müxtəlif altşəbəkələrdə yerləşir. Onlar arasında verilənlər mübadiləsini həyata keçirmək üçün marşrutlayı lazımdır.

Altşəbəkə maskaları[redaktə | mənbəni redaktə et]

IP-ünvanda şəbəkə identifikatorunu ayırmaq üçün altşəbəkə maskası istifadə edilir. Altşəbəkə maskası IP-ünvanda şəbəkə identifikatorunu qovşaq identifikatorundan fərqləndirməyə imkan verən şablondur. IP-ünvan kimi altşəbəkə maskası da dörd ədəd toplusundan ibarətdir və bu ədədlərdən hər biri ancaq maksikal 255 qiymətini və ancaq minimal 0 qiymətini ala bilər. Əvvəldə ardıcıl olaraq maksimal, axırda isə ardıcıl minimal qiymətlər yazılır. Maksimal qiymət şəbəkə identifikatorunu, minimal qiymət isə qovşaq identifikatorunu təmsil edir. Məsələn, 255.255.0.0 altşəbəkənin yolverilən maskasıdır, 255.0.255.0 isə yox. Altşəbəkə maskası 255.255.0.0 şəbəkə identifikatorunu IP-ünvanın ilk iki ədədi kimi müəyyən edir.

Susmaqla altşəbəkə maskaları[redaktə | mənbəni redaktə et]

Sinif metodunda hər bir ünvan sinifi susmaqla altşəbəkə maskasına malik olur.

Domen adları sistemi DNS[redaktə | mənbəni redaktə et]

Domen adları - kompüterin simvol adıdır.
Simvol identifikator - addır, məsələn, SERV1.IBM.COM. Bu ünvan inzibatçı tərəfindən təyin olunur və bir neçə hissədən ibarətdir, məsələn, maşının adından, təşkilatın adından və domen adından. Bu ünvan həmçinin DNS-ad da adlanır və tətbiq səviyyəsində istifadə edilir, məsələn, FTP və telnet protokollarında.

TCP/IP stekində iyerarxik ağacvari struktura malik domen adları sistemi istifadə edilir. Bu struktur adda ixtiyari sayda tərkib hissəsinin istifadəsinə yol verir. Bir neçə yuxarı tərkib hissələri üst-üstə düşən adlar məcmusu domen (domain) adları yaradır. Təşkilatların domen adlarına misallar aşağıdakılardır:

• com – komersiya təşkilatları;

• edu – təhsil təşkilatları;

• gov – dövlət təşkilatları;

• org – qeyri-komersiya təşkilatı;

• net – şəbəkə təşkilatları.

Domen adlar və IP-ünvanlar arasında uyğuluq həm lokal qovşağın vasitələri, həm də domen adları sistemi tərəfindən mərkəzləşdirilmiş xidmətin vasitəsi ilə həyata keçirilir. Domen adlar sistemi (Domain Name System – DNS) ”dommen ad - IP-ünvan” inikası paylanmış bazasına əsaslanan mərkəzləşdirilmiş xidmətdir.
DNS xidməti öz işində “kliyen-server” tipli protokol istifadə edir. Bu protkol DNS-server və DNS-kliyent anlayışlarını təyin edir. DNS server paylanmış inikas bazasını dəstəkləyir, DNS-kliyent isə DNS-serverə sorğularla müraciət edir. DNS-server “IP-ünvan  domen adı” formatlı mətn faylı istifadə edir.
DNS xidməti paylanmış sistemdir. Hər bir DNS serveri iyerarxiyanın növbəti səviyyəsinin adlarını yadda saxlayır və adların inikası cədvəlindən başqa DNS-serverlərə istinadları saxlayır, bu da axtarış prosedurunu sadələşdirir.
DNS serverlərdə IP-ünvanların axtarışını sürətləndirmək üçün onlardan keçən cavabların müəyyən müddətdə bir neçə saatdan bir neçə günə qədər keşləşdirilməsi proseduru tətbiq edilir.

Resursların universal identifikasiyası (URL)[redaktə | mənbəni redaktə et]

URL (Uniform Resource Locator – resursların universal göstəricisi) – İnternetdə kompüterin, kataloqun və ya faylın birmənalı identifikasiyası üçün işarələmə sistemidir. URL sisteminə aşağıdakı prinsiplər daxil edilmişdir:
Genişləndirilmə - yeni ünvanlar sxemləri URL-in möcud sintaksisinə asan uyğunlaşdırılmalıdır; genişləndirilmə ünvanların “ünvan sxemi” anlayışına əsaslanan təfsirinin müəyyən qaydasının seçilməsi hesabına nail olunur. Sxemin identifikatoru ünvan qalığının qarşısında yerləşir, ondan iki nöqtə ilə ayrılır və qalığın təfsiri qaydasını müəyyən edir.
Dolğunluq – imkan dairəsində istənilən mövcud sxem URL vasitəsi ilə təsvir olunmalıdır.
Oxunaqlıq – ünvan insan tərəfindən asan başa düşülməlidir, xüsusi ilə də WWW texnologiyaları üçün xarakterikdir  sənədlər istinadlarla birlikdə adi mətn redaktorunda yaradıla bilər URL formatına daxildir:

  • ünvan sxemi (giriş protokolu tipi - http, gopher, wais, telnet, ftp və s.);
  • IP- və ya domen ünvanı maşını;
  • TCP-port nömrəsi;
  • serverdəki resursun ünvanı (kataloq və ya fayl yolu);
  • имя HTML-fayl adı və ya nişan;
  • verilənlərin axtarış kriteriləri.

Hər bir tətbiq protokolu üçün yuxarıda göstərilmiş siyahıdan öz sahələr alçoxluğu seçilir. Sadə URL ünvanına nümunə: http://astra.net.ru/master/index.html[ölü keçid]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Şıxəliyev R.H. "Şəbəkə texnologiyaları. Mühazirələr kursu" Dərslik. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2017, 143 səh.