Bu məqaləni vikiləşdirmək lazımdır. |
Giriş metodu – lokal şəbəkənin əlaqə kanalını növbəti hansı işçi stansiyanın istifadə edəcəyini müəyyən edən metoddur. Əlaqə kanalına (kabelə) girişin idarə edilməsi metodu şəbəkənin xarakteristikalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Giriş metodları aşağıdakılardır:
— daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş (Carrier Sense Multiple Access with Collision Detection – CSMA/CD);
— səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodu (Token Passing Multiple Access – TPMA);
— vaxtın bölünməsi ilə çoxsaylı giriş (Time Division Multiple Access – TDMA);
— tezliyin bölünməsi ilə çoxsaylı giriş (Frequency Division Multiple Access – FDMA) və ya dalğa uzunluğunun bölünməsi ilə çoxsaylı giriş (Wavelength Division Multiple Access – WDMA).
Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodunun alqoritmi şəkil 19-da verilmişdir. Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodu (CSMA/CD) növbəti alqoritm üzrə işləyir: əgər işçi stansiya verilənlərin ötürülməsi üçün şəbəkədən istifadə etmək istəyirsə, o, əvvəlcə kanalın vəziyyətini yoxlamalıdır və kanal boş olduqda ötürməyə başlaya bilər Ötürmə prosesində stansiya mümkün konfliktləri aşkarlamaq üçün şəbəkəni dinləməni davam etdirir. Əgər iki qovşağın kanalı tutmaq üçün etdikləri cəhdə görə konflikt yaranarsa, onda konflikti aşkarlayan şəbəkə platası şəbəkəyə xüsusi siqnal göndərir və hər iki stansiya eyni zamanda ötürməni dayandırır. Bu zaman, qəbul edən stansiya qismən qəbul edilmiş məlumatı atır və məlumat göndərmək istəyən bütün stansiyalar məlumatı göndərməzdən əvvəl təsədüfi seçilmiş zaman müddətində gözləyir. Bütün şəbəkə plataları müxtəlif psevdotəsadüfi zaman müddətinə proqramlaşdırılmışdır. Əgər təkrar məlumat göndərilməsi zamanı konflikt yaranarsa, onda bu zaman müddəti artırılır. Ethernet standartı rəqabətli şəbəkəni müəyyən edir, yəni işçi stansiyaları şəbəkəyə giriş hüququ əldə etmək üçün bir biri ilə rəqabət aparmalıdırlar.
Markerin ötürülməsi metodu – mühitə giriş metodudur və məlumatın ötürülməsinə icazə verilməsi üçün, bir işçi stansiyadan digər işçi stansiyasına marker ötürülür. Markeri alan işçi stasiya məlumat göndərə bilər və bunun üçün məlumat markerə qoşularaq şəbəkəyə ötürülür. Bu zaman marker məlumatı şəbəkədə daşıyır. Məlumatı göndərən və qəbul edən stansiyalar arasındakı bütün stansiyalar bu məlumatı görür, lakin onu ancaq təyinat stansiya qəbul edir. Bu zaman o yeni marker yaradır. Marker (token) və ya səlahiyyət – verilənlərin ötürülməsinə başlamağa imkan verən unikal bitlər kombinasiyasıdır. Hər bir qovşaq özündən əvvəlki qovşaqdan paketi qəbul edir, siqnalların səviyyəsini nominal səviyyəyə qədər bərpa edir və növbəti qovşağa göndərir. Göndərilən paket verilənlərə malik ola bilər və ya marker ola bilər. İşçi stansiyaya paket göndərmək lazım gəldikdə onun şəbəkə platası markerin daxil olmasını gözləyir, sonra onu müvafiq səviyyənin protokolu üzrə formatlaşdırılmış verilənlərdən ibarət olan paketə çevrir və sonra lokal şəbəkəyə göndərir, Paket lokal şəbəkədə ünvana çatana qədər işçi stansiyalarının şəbəkə plataları arasında yayılır. Alan işçi stansiya paketin alınmasını təsdiq etmək üçün ona müəyyən bitlər əlavə edir və lokal şəbəkəyə qaytarır. Bundan sonra paket göndərən tərəfə qayıdır və paketin səhvsiz göndərildiyini yoxladıqdan sonra, qovşaq lokal şəbəkəni boşaldır və yeni marker daxil edir. Beləliklə marker ötürməsi olan lokal şəbəkələrdə konfliklərin baş verməsi mümkün deyil. Markerin ötürülməsi metodu əsasən həlqəvari topolgiyalı lokal şəbəkələrdə istifadə edilir. Bu metodun üstün cəhətləri aşağıdakılardır:
Bununla yanaşı çatışmazlıqları mövcuddur:
TDMA giriş metodu takt generatoru adlanan xüsusi qurğunun istifadəsinə əsaslanır. Bu generator kanal vaxtını təkrar olunan dövrlərə bölür. Hər bir dövr ayırıcı siqnalla başlayır. Dövr n sayda nömrələnmiş, özək adlanan zaman intervallarından ibarət olur. İntervallar verilənlər bloklarını yükləməyə imkan verir. Bu üsul verilənlərin paketlərin kommutasiyası və kanalların kommutasiyası ilə ötürülməsini təşkil etməyə imkan verir. İntervalların istifadəsinin birinci (sadə) variantı ondan ibarətdir ki, onların sayı (n) baxılan kanala qoşulmuş abonent sistemlərinin sayına bərabər götürülür və dövr zamanı hər bir sistemə verilənlərin ötürülməsi üçün bir interval təqdim edilir. Əksər hallarda, baxılan metodun istiifadəsi zamanı eyni bir dövrdə bəzi sistemlərin göndərməyə informasiyası olmur, bəzilərinə isə ayrılmış vaxt kifayət etmir. Nəticədə, kanalın buraxma qabiliyyəti qeyri-effektiv istifadə olunur. İkinci, daha mürəkkəb və son dərəcə qənaətçil variant isə ondan ibarətdir ki, sistem ancaq verilənlərin ötürülməsi zərurəti yaranan zaman interval alır, məsələn, asinxron ötürmə zamanı. Verilənlərin ötürülməsi üçün sistem hər dövrdə eyni nömrəli interval ala bilər. Bu halda, sistemin göndərdiyi verilənlər blokları bərabər zaman intervalında gəlib çıxır və eyni gecikmə ilə gəlir. Bu rejim kanlların kommutasiyasının imitasiyası ilə verilənlərin ötürülməsidir. Bu üsul xüsusi ilə danışıqların ötürülməsi zamanə əlverişlidir.
Həmçinin dalğa uzunluğunun bölünməsi ilə çoxsaylı giriş – WDMA adlanan FDMA giriş metodu kanalın ötürmə zolağının məntiqi kanallar yaradan tezliklər zolaqları qrupuna bölünməsinə əsaslanır. Onun istifadəsi zamanı kanalın geniş buraxma zolağı qoruyucu zolaqlarla ayrılmış bir neçə ensiz zolaqlara bölünür. Hər bir ensiz zolaqda məntiqi kanal yaradılır və bu zolaqların ölçüləri müxtəlif ola bilər. Məntiqi kanallarla ötürülən siqnallar müxtəlif daşıyıcıların üzərinə qoyulur və buna görə də tezlik sahəsində kəsişmirlər. Bunula yanaşı, qoruyucu zolaqların olmasına baxmayaraq bəzi hallarda siqnalın spektral tərkibi məntiqi kanaldan kənara çıxa və qonşu məntiqi kanalda küylərin yaranmasına səbəb ola bilər Optik kanallarda tezliyin bölünməsi onların hər birinə müxtəlif tezlikli işıq süasının istiqamətləndirilməsi ilə həyata keçirilir. Bu yolla fiziki kanalın buraxma qabiliyyəti bir neçə dəfə artır. Bir işıqötürən bu cür multipleksləmə zamanı müxtəlif tezliklərdə daha çox sayda işıq buraxır. Onların işıqötürən vasitəsilə buraxılması bir birindən asılı olmayaraq baş verir. Qəbuledici tərəfdə fiziki kanaldan keçmiş siqnalların tezliklərinin ayrılması çıxış siqnallarının filtrasiya vasitəsilə həyata keçirilir. FDMA giriş metodu nisbətən sadədir, lakin onun istifadəsi üçün müxtəlif tezliklərdə işləyən ötürücü və qəbuledici lazımdır
Şıxəliyev R. H. "Şəbəkə texnologiyaları. Mühazirələr kursu" Dərslik. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2017, 143 səh.