Şəbəkədə tək

Şəbəkədə Tək (pol. «S@motność w Sieci») — məşhur polyak yazıçısı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir.

Şəbəkədə tək
S@motność w Sieci
Romanın polyak dilində orijinal nəşrinin üz qabığı
Romanın polyak dilində orijinal nəşrinin üz qabığı
Müəllif Yanuş Leon Vişnevski
Janr roman
Orijinalın dili polyak dili
Ölkə
Orijinalın nəşr ili 5 sentyabr 2001

Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir. Romanın əsas qəhrəmanları qlobal internet şəbəkəsi, elektron poçtICQ vasitəsiylə tanış olurlar. Onlar söhbət edirlər, bir-birinə vurulurlar və narahatlıq yaşayırlar. Müəllif həm də onların hər ikisinin "şəbəkədən kənar" həyatını dost, ailə, iş, musiqi zövqlərini təsvir edir. Uzun müddət davam edən virtual münasibətdən sonra qəhrəmanlar Parisdə görüşürlər, bu görüşdən sonra isə onların münasibətlərində və hər birinin həyatında mühüm rol oynayan sınaqlar başlayır.

Romanın əsas hissəsi qəhrəmanların internetdə yazışmalarından ibarətdir. Müəllif yalnız əsas qəhrəmanlardan birinə — oğlana Yakub adını vermişdir. Qadın isə adsızdı.

"Əbədi olanlar arasında ən qısa ömürlü sevgidir" – romanın məzmununu dəqiq çatdırmağa çalışanlar onu daha çox bu cümlə ilə ifadə edirlər. Roman oxucular tərəfindən birmənalı qarşılanmayıb və hələ də forumlarda insanlar tərəfindən aktiv müzakirə edilməkdədir.[1]

Romanın yazılma tarixi

[redaktə | mənbəni redaktə et]

Romanın yazılması "uğurdan sonrakı depressiya" dövrünə təsadüf etmişdir – Yanuş Vişnevski kimya doktoru elmi rütbəsini əldə etdikdən sonra həyat yoldaşı ilə boşanmıışdı. Müəllif qeyd edir: "Mən sadəcə olaraq kədərli idim…Və qərara gəldim ki, belə bir tarixçəni yazmaq daha ucuz başa gələcək, nəinki psixoterapevtə müraciət etmək."[2]

Romanın genişləndirilmiş versiyası

[redaktə | mənbəni redaktə et]

"Şəbəkədə tək. Triptix" — Vişnevskinin "Şəbəkədə tək" romanının uğur qazanmasından sonra yazdığı genişləndirilmiş versiyanın adıdır. Oxucuların məkrublarını nəzərə alan müəllif "Şəbəkədə tək. Triptix"i nəşr etdirmək qərarına gəlir və bu kitaba romanın orijinal versiyası, oxucu məktubları ilə yanaşı, romanın sonunu yeni traktovkada təqdim edən ikinci epiloq – "Postepiloq" da daxildir.

Əlavə faktlar

[redaktə | mənbəni redaktə et]

Ekranlaşdırılması

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Maqdalena Tseletska və Andjey Xıranın baş rolları ifası və Vitold Adamekin rejissorluğu ilə roman əsasında film çəkilmişdir.[3]

  1. "Обсуждение романа на онлайн-форуме". 2012-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.
  2. "K-News ответы Януша Леон Вишневского на самые интересные вопросы". 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.
  3. "Şəbəkədə tək IMDB-də". 2011-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]