Şəbnəm Cəbrayılova

Şəbnəm Şükür qızı Cəbrayılova (23 mart 1990, Mingəçevir) — İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası.

Şəbnəm Cəbrayılova
Doğum tarixi 23 mart 1990(1990-03-23) (33 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəbnəm Cəbrayılova 23 mart 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1997-ci ildə 10 saylı orta məktəbə daxil olmuş və 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" ixtisasına qəbul olmuşdur. Kurs rəhbərləri Ötkəm İsgəndərov və Zenfira Nərimanova olmuşdur. 2013-cü ildə universiteti bitirdikdən sonra 2014-cü ildə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdır.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Sadəcə Sev
  2. Həyat varsa
  3. İzi itməyən cinayətlər

Teatr səhnəsindəki rolları[redaktə | mənbəni redaktə et]

  1. Xaqani Əliyev "Xanbəzəmə oyunu" 2014-cü il
  2. Xeyrəddin Qoca "Vəzifə dəlisi" 2014-cü il
  3. Kamal Abdulla "Səsimdən yapış…"
  4. Hidayət "Burdan minatlı keçdi" 2014-cü il
  5. Nodar Dumbadze "Didro" 2015-ci il
  6. Demet Çizmeli və Barış Pinar "Cumhuriyyətin ilk sədası" 2015-ci il
  7. Xaqani Əliyev "Nəsrəddin evlənir" 2015-ci il
  8. Marat Haqverdiyev "Ağ ölüm" 2015-ci il
  9. Çingiz Ələsgərli "Nağıl" 2015-ci il
  10. İftixar "Qalx ayağa, Azərbaycan!" 2014-cü il
  11. İftixar "Çəpişlər və canavar" 2016-cı il
  12. Fridrix Şiller "Məkr və məhəbbət" 2015-ci il
  13. Hidayət "İrəvanda xal qalmadı" 2015-ci il
  14. İftixar "Qurtuluş" 2013-cü il
  15. Elçin "O da aşiq ola…" 2016-cı il
  16. İftixar "Qanlı "Qızıl" toy" 2017-ci il
  17. Xalid Hüseyni "Min möhtəşəm günəş" 2017-ci il
  18. Cəfər Cabbarlı "Vəfalı Səriyyə" 2017-ci il
  19. Mar Baciyev "Ömür qatarı" 2018-ci il
  20. Hidayət "Ömürdən uzun gecə" 2018-ci il

İstinadlar[redaktə | mənbəni redaktə et]