Şəbnəm Tapdıq (19 yanvar 1962-ci il) — müğənni, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti,
Şəbnəm Tapdıqova | |
---|---|
Tapdıqova Şəbnəm İlyas qızı | |
Ümumi məlumatlar | |
Ləqəbi | Şəbnəm Tapdıq |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | İlyas Tapdıq |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Mükafatları |
Şəbnəm Tapdıqova 1962-ci il yanvarın 19-da Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub
190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub.
Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb.
Ş.Tapdıqova həmin müsabiqələrin dəfələrlə qalibi olub.
Rəşid Behbudov, Şövkət ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər.
Televiziyanın “Xatirə”, “Dan Ulduzu” ansambllarının müşayiəti ilə oxuduğu bəstəkar xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarının ifa edib.
7 il Azərbaycan Konsert Birliyində, 5 il R.Behbutov adına Mahnı teatrında solist kimi işləmişdir.
Onun ifası bədii film və tamaşalarda istifadə olunmuşdur.
Ş.Tapdıqova Dövlət Televiziya və Radionun geniş proqramlı konsertlərində çıxışlar etmişdir.
Şəfiqə Axundovanın “Bəyaz Çiçəklər” ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlər vermişdir.
Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurla solo konsertlər vermişdir.
Moskvada Azərbaycan tədbirlərində iştirak etmişdir.
1989 ildə Türkiyə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ş.Tapdıqova Ankarada Atatürk adına “türk musiqisi” ocağının qonağı olmuş məşhur musiqiçi Mehmet Özbəyin rəhbərlik etdiyi ansamblı ilə geniş proqramla solo konsertlər vermişdir.
Samsunda keçirilən mahnı festivalında da çıxış etmişdir.
Onun ifaçılığı bir çox əmək kollektivlərinin, rəsmi təşkilatların fəxri fərmanları, təşəkkür məktubları ilə qeyd edilmişdir.
Ş.Tapdıqova “İrs” ansamblı ilə 1985-ci ildən əməkdaşlıq edir.
2002-ci ildən müntəzəm olaraq “İrs”lə yeni mahnılar, konsert proqramları hazırlayır.
7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülüb[1]