Şəfəq Sultan Əlixanlı

Şəfəq Sultan Əlixanlı-Azərbaycan Radiosu "Ədəbiyyat və İncəsənət" redaksiyasının Baş redaktoru, əməkdar incəsənət xadimi.

Şəfəq Sultan Əlixanlı
Doğum tarixi (68 yaş)
Doğum yeri Bakı

Şəfəq Sultan Əlixanlı-1955-ci il, sentyabrın 22-də Bakida, ziyalı ailəsində doğulub.

Oxuduğu H.Cavid adına 132 saylı orta məktəbdə ədəbiyyat müəllimi Bilqeyis Təhmasib öz elmi və söz-sənət sevgisi ilə onun həyat və sənət yoluna əbədi nur saçıb. 1973-ci ildə Şəfəq Əlixanlı orta məktəbi bitirib.Sevimli müəllimlərinin etimadını doğruldan Şəfəq Əlixanlı 70-cı illərin əvvəllərindən, hələ çox gənc ikən dövrü mətbuatında kiçik yazıları, şeir ve hekayələri ilə çıxış edir ("Azərbaycan gəncləri","Baki" qəzetləri, "Azərbaycan qadını"jurnalı).1973-cü ildə Azərbaycan Dövlət Universiteninin filologiya fakültəsinə daxil olub. Tələbəliyin ilk illərindən etibarənsə o vaxtki Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə sıx əməkdaşlıq edib. Əmək kitabçasına 1980-ci ildən düşən bu ünvanda əvvəlcə müqavilə ilə müxbir, sonrasa kiçik redaktorluqdan baş redaktorluğa qədər yüksələn 38 illik yaradıcılıq yolu keçib.

Azərbaycan Radiosunda bir çox populyar programların, o cümlədən "Sabahınız xeyir", "Molla Nəsrəddin", "Xatun", "Bizdən sonra" uzunömürlü verilişlərin müəllifi, aparıcısı kimi tanınır. Radioya gəldiyi ilk illərdən xüsusi önəm verdiyi Radio-teatr janrında yazdığı əsərləri, dünya ədəbiyyatından tərcümə və səhnələşdirmələri ilə professional aləmin nüfuzunu, geniş dinləyici auditoriyasının böyül rəğbətini qazanıb. Müəllifi olduğu 20-dən çox Radio-tamaşa Radionun "Qızıl fond"unda saxlanır. Azərbaycan Mədəniyyətinin, İncəsənətinin və Dövlətçiliyimizin inkşafındaki xidmətlərinə görə dəfələrlə müxtəlif yaradıcı təşkilatlar tərəfindən təltiflər alıb, dövlət mükafatlarına layiq görülüb.

Müxtəlif illərdə "İlin jurnalisti" elan olunub. Respublika mətbuat fondunun "Dan ulduzu", eləcə də "Zərdabi" mükafatının laureatıdır.Azərbaycan müstəqilliyini qazandıqdan sonra Respublika Qadınlarının I və II qurultayının nümayəndəsi seçilib. 1996-ci il noyabrın 4-də Ulu Öndər H.Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb. Hazırda Ş.Əlixanlı yüksək peşəkarlıqla Az.TV və RV QSC-nin "Ədəbiyyat və İncəsənət" redaksiyasının Baş redaktoru kimi yaradıcılığının parlaq dövrünü yaşayır. Az.TV-nin populyar "Ovqat" verilişinin müəllifi və aparıcısı olduğu müddətdə (Dörd ildən artıq) reytinq cədvəlinin ən ön sıralarında olmasıyla telejurnalistikamıza başucalığı gətirib.

Radioda və Televiziyada ən populyar, dınlənilən verilişlərə efir həyatı vermək, "Ədəbiyyat və İncəsənət" redaksiyasının yeni, gənc jurnalist nəslini yetişdirməklə kifayətlənməyən Ş.S.Əlixanlı, eyni zamanda ixtisası üzrə Respublikanın müxtəlif universitetlərində dərs deyir, sevdiyi peşəsinin sirrilərini gənclərə də öyrədir. Ş.Əlixanlının bu qısa ömür və sənət tarixçəsinin bir dəyərli məqamı da onun 40 illik ailə taleyinin Azərbaycan Radiosu ilə bağlı olması, həyat yoldaşı yazıçı Vagif Əlixanlı ilə talelərinin bu sənət ocağında birləşməsidir.