Kinolentdə bərəkətli torpağımızın əvəzsiz neməti olan şəfa qaynaqlarından, şərbət bulaqlarından söhbət açılır.
Şəfa bulağı | |
---|---|
Janr | sənədli film |
Rejissor | Xamiz Muradov |
Ssenari müəllifi | Sabir Əhmədov |
Operator | Vladimir Konyagin |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1981 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1981 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | rəngli |
Filmin qəhrəmanı cövhərində sağlamlıq məlhəmi olan su-Darı Dağ suyudur. Qədim Naxçıvanın yenicə arayıb ərsəyə gətirdiyi şəfa qaynağı. Darı Dağın mərgümüşlü suyunun şəfaverici xüsusiyyəti ilə yanaşı xalq təsərrüfatında, yeyinti sənayesində istifadə edilməsi vacib olan bir sıra xassələri də aşkar edilmişdir. Film bu barədə söhbət açır.