Şəfa piri

Şəfa piriNaxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.

Şəfa piri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Şərur rayonunun Zeyvə kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şəfa piri (Azərbaycan)
Şəfa piri

Vaxtilə bu pirin binası möhrədən olmuşdur. Hazırda pirin binası bərpa edilmiş və daşdan inşa olunmuşdur. Bina dördkünc formalıdır. İçərisində uzunsov, dördkünc formalı qəbir daşı vardır.

Daşın üzəri nəbati ornamentlə yüksək zövqlə naxışlanmışdır. Lakin bəzi qismlər aşındığından naxışlar pozulmuşdur. Müxtəlif xəstəliyə tutulan insanlar piri ziyarət edib şəfa tapdığı üçün yerli əhali pirə Şəfa piri adı vermişdir. İnama görə sarı yara xəstəliyi olanlar həftənin çərşənbə günləri o ocağın torpağından götürüb sürtəndə sağalarmışlar. Hazırda pirin içərisində müxtəlif vaxtlarda buraya gətirilmiş nəzirlər qalmaqdadır. Onların arasın da kağız pul, metal pul və parça qalıqları vardır.[1]

Sinə daşının forması və işlənmə texnikası inkişaf etmiş Orta əsrlər üçün xarakterikdir.

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.440  (az.)