Şəfiyevlər

ŞəfiyevlərAzərbaycan xalqının tanınmış soylarından biri.

Şəfiyevlər
Titul Tacir
Əcdadı Hacı Hüseynəli Qarabaği
Mənşəyi Şuşa, Qarabağ
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

XVIII əsrdə Şuşa şəhərinin Təbrizli məhəlləsində öz savadı ilə seçilən Hüseynəli adlı bir kişi yaşamışdır. Saraya yaxın İbrahimxəlil xan Sarıcalı-Cavanşirə mehriban idi. Nəvələrinin söyləmələrinə görə, İbrahimxəlil xan оna iki kənd bağışlamışdı. Bu iki kənd sayəsində xeyli varlanmışdı. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Hacı Hüseynəlinin Şəfi adlı оğlu vardı.

Şəfi Hacı Hüseynəli oğlu 1792-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul оlurdu. Müqəddəs Xоrasan tоrpağını ziyarət etmişdi. Məşədi Şəfi bir müddət Təbrizli məhəlləsinin deputatı оlmuşdu.

Məşədi Şəfinin törəmələri Şəfiyev soyadını daşıyırdılar

Məşədi Şəfi Həlimə ilə ailə qurmuşdu. Mirzə, Hacı, Kazım, Fərəc, Şükür adlı oğlanları, Mələk və Zəri adlı qızları vardı.

Soyun tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  • Rauf Şəfiyev — Azərbaycan və Rusiya Federasiyasının əməkdar məşqçisi, Beynəlxalq Sambо Məşqləri İttifaqının üzvü;
  • Sabir Şəfiyev — ictimai-siyasi xadim;
  • Nərgiz Şəfiyeva — Azərbaycan Bəstəkarlar İttifaqının üzvü;
  • Sənubər Şəfiyeva — geoloq-mineroloq;
  • Dr Şəfiyev Bəşir - Dəri zöhrəvi həkimi