Şəfizadə Mehdixan (1873 Tufarqan, İran -1943 Təbriz, İran) — Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyun("Mücahid")partiyasının Təbriz təşkilatının yaradıcılarından biri olmuşdu. 1909-cu ildə Azərbaycan artistləri dəstəsi teatr truppasını təşkil etmişdi. Polis tərəfindən təqib olunduğuna görə Tiflisə köçmüş, burada Cəlil Məmmədquluzadə, Azərbaycan və gürcü səhnə xadimləri ilə, sosial- demokratlarla əlaqə saxlamış, aktyorluqla məşğul olmuşdur. Şəfizadə 1919-cu ildə Təbrizə qayıtdıqdan sonra "Xeyriyyə teatrı" təşkilatçılarından biri olmuş, "Azərbaycan maarifinin islah və tərəqqisi uğrunda" teatr cəmiyyətində rejissorluq etmişdir (1922)
Şəfizadə Mehdixan | |
---|---|
Şəfizadə Mehdixan | |
Doğum tarixi | |
Doğum yeri | Tufarqan. İran |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz. İran |
Dəfn yeri | Təbriz |
Milliyyəti | türk |
Vətəndaşlığı | İran. Cənubi Azərbaycan |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1909-1943 |
Teatr | Xeyriyyə Teatrı |
"Ağa Məhəmməd şah Qacar" (Ə B Haqverdiyev)," Leyli və Məcnun"," Arşın mal alan", "Məşədi İbad"(Ü Hacıbəyov) və s əsərləri tamaşaya qoymuşdur. Səfizadənin təşəbbüsü ilə "Şir-e xorşid"( "Şir və Günəş") teatrı yaradılmışdı. Şəfizadə Cənubi Azərbaycan teatrının təşkili və inkişafında əhəmiyyətli rol oynamışdır. [1]