Şəhabəddin Əhməd bəy Ramazanoğlu

Şəhabəddin Əhməd bəy Ramazanoğlu (türk. Sihabeddin Ahmed bey Ramazan-oglu; ? - 1416) - Ramazanoğulları bəyliyinin hökmdarı

Şəhabəddin Əhməd bəy Ramazanoğlu
Əhməd bəy Ramazanoğlu
Ramazanoğulları bəyi
1383 – 1416
Əvvəlkiİbrahim bəy Ramazanoğlu
SonrakıSarıməddin İbrahim bəy Ramazanoğlu
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Adana
Atası Ramazan bəy Yüreğir
Uşaqları II İbrahim bəy
İzəddin Həmzə bəy
Məhəmməd bəy

İbrahim bəyin ölümündən sonra hakimiyyətə qardaşı Şəhabəddin Əhməd bəy keçdi. İbrahim bəyin hakimiyyəti dövründə Birecik bölgəsinin hakimi idi. O hakimiyyəti dövründə bəzən Məmlük sultanına kömək edir, bəzən də ona qarşı döyüşürdü.

Əhməd bəy hakimiyyətə gəldikdən sonra Xəlil bəy Zülqədər ilə ittifaq bağlayaraq Maraşı işğal edir. Hələb hakimi Yelboga vəziyyəti dəyişmək üçün müdaxilə etmək istəsə də Sultan Bərkukun ölümü ona mane oldu. 1401-ci ildə Əmir Teymurun Suriyadan getməsindən sonra Hələb şəhərinin azad edilməsində Məmlük ordusuna kömək etdi. Eyni zamanda Suriya ərəblərinin şəhəri mühasirəyə aldığı zamanda Hələb hakimi Dəmirdaşa köməklik göstərdi. Sultan Fərəc Əhməd bəyin xidmətlərinə görə ona müxtəlif hədiyyələr göndərdi. Ancaq 1402-ci ildə Hələb hakimi Dəmirdaşla Şam hakimi Tanrıverdinin sultana qarşı üsyanı zamanı Əhməd bəydə onlara kömək etdi. Ancaq yeni Hələb hakimi Tokmak üsyançıları məğlub etdi. Üsyan rəhbərləri Adanada gizləndilər. Sonradan Dəmirdaş bağışlanmasını istədi və təkrar Hələb hakimliyinə təyin edildi.

Sonralar Antakya əmiri Doğancıoğlunun üsyanı zamanı Hələb hakiminə köməklik göstərdi. Hələb hakiminin köməyi ilə QaramanoğullarıZülqədəroğulları ilə barışdı. Məmlük əmirlərindən Şeyx və Novruzun arasındakı mübarizədə Şeyxi dəstəklədi. 1410-cu ildə Sultan Fərəc əmirlər arasında ixtilafa son qoymaq məqsədilə Hələb şəhərinə gəldi. Əhməd bəy Hələbə gələrək sultanla görüşdü. Bir müddət sonra isə sultanla görüşmək üçün Qahirəyə getdi. Qahirədən döndükdən sonra Tarsusu Qaramanoğullarından aldı. Burada Sultan Məlikmüəyyəd Şeyxin adına xütbə oxutdurduqdan sonra şəhərin idarəsini oğlu İbrahim bəyə buraxaraq Adanaya döndü. 1416-cı ildə vəfat etdi.

Şəhabəddin Əhməd bəy barədə qeydlərdə 3 oğlu (II İbrahim bəy, İzzəddin Həmzə bəyMəhəmməd bəy) və 1 qızı olduğu məlumdur. Digər övladları barədə heç bir məlumat yoxdur. Övladları növbə ilə bəyliyi idarə etmişlər. Adı məlum olmayan qızı isə Məmlük sultanı Sultan Fərəc ilə evlənmişdi. Sonradan Baş xanım (türk. Hunda Kübra - Baş Hatun) adına layiq görülmüşdür