Şəhriyar Musayev (kamança)

Şəhriyar Vahid oğlu Musayev (tam adı: Şəhriyar Musayev; 2 noyabr 1988, Sumqayıt) — Azərbaycanlı kamança ifaçısı.[1][2][3][4][5].

Şəhriyar Musayev
Şəhriyar Musayev1.jpg
Ümumi məlumatlar
Doğum tarixi 2 noyabr 1988(1988-11-02) (34 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Kamança, pedaqoq
Fəaliyyət illəri 2007
Musiqi aləti Kamança
Təhsili Tam Ali

Həyatı[redaktə | mənbəni redaktə et]

Musayev Şəhriyar Vahid oğlu 1988-ci il noyabrın 2-də Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Mətləb Quliyev adına Sumqayıt şəhər 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2004-cü ildə Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin kamança ixtisasını bitirib, 2004-cü ildə Sumqayıt Musiqi Texnikumunun "Xalq Çalğı Alətləri" şöbəsinin kamança sinifinə qəbul olmuş, 2008-ci ildə oranı bitirmişdir. 2008–2009-cu illərdə hərbi xidmətdə olmuşdur.

Ailəlidir iki övladı var. Həyat yoldaşı Zülfiyyə Musayeva psixoloqdur. Azərbaycan Pedoqoji Universitetinin psixoloqiya fakultəsinin doktorantıdır.

Oğlu Musayev Murad 5 yaşındadır, kiçik oğlu Musayev Amin 3 yaşındadır.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Şəhriyar Musayev 2009–2012-ci illərdə Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində dərnək rəhbəri kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Azərbaycan Milli Konservatoriyası "Xalq Çalğı Alətləri İfaçılığı" fakültəsinin kamança ixtisasına qəbul olmuşdur. 2013-cü ildə keçirilən III Respublika və Beynəlxalq Muğam Müsabiqəsinin laureatı (3-cü yer) olmuşdur. 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasını bitirmiş həmin ildə dövlət hesabına müsabiqədənkənar magistr təhsil pilləsinə qəbul olmuş və 2016-cı ildə təhsilini bitirmişdir. 2017-ci ildə turan ölkələrinin musiqiçi və ifaçılarından ibarət yaranmış "TÜRKCAN"[6] beynəlxalq layihənin general meneceridir. 2020-ci il avqust ayında Xalq Artisti Alim Qasımov ilə birgə "Xatirədir" adlı layihədə iştirak etmişdir. Youtube kanalı üzərindən yayımlanan "KamanTV" adlı layihənin müəllifidir. Şəhriyar yaradıcılığı ilə yanaşı müəllimlik fəaliyyətini də davam etdirərək hal-hazırda Xocəvənd rayonu Tuğ kənd uşaq musiqi məktəbində və eyni zamanda Sumqayıt Musiqi Kollecində Kamança ixtisası üzrə tədris apararaq Azərbaycan Respublikasının vətəndaşı kimi Milli Musiqimizin təbliği sahəsində bugünün musiqiçigənclərin yetişməsində xidmətlərini göstərməkdədir. Qeyd etmək lazımdır ki, Şəhriyar Musayev 2020 ci il avgust ayında pandemiya ilə əlaqədar olaraq Turkiyədə Aler Kamança şirkətinin keçirtdiyi "Online Kamancheh" festivalına qatılmış və həmin festivalın qalibi olmuşdur. Qalib olaraq 4500 amerika dolları dəyərində Aler Kamanchah şirkətinin təsis etdiyi Kamança alətini qazanmışdır.

Albomlari[redaktə | mənbəni redaktə et]

1. "Xatirə" (2019) (Albom, Təbriz şəhərində işəq üzü görüb, alboma 10 instrumental musiqi və bəstəkar mahnıları ilə yanaşı eyni zamanda muğamlarda daxildir.)

Konsertlər[redaktə | mənbəni redaktə et]

2007-ci il Türkiyədə Ankara şəhərində keçirilən Uluslararası Musiqi Festivalı.

2011-ci il İran İslam Respublikasının Təbriz, Ərdəbil, Əhər və Meşkin şəhərlərində keçirilən muğam konsertləri.

2011-ci il Macarıstan Respublikasında Budapeşt, Buqac, Balaton şəhərlərində keçirilən Turan Kurultayı.

2012-ci il Tatarıstan Republikası Kazan və Çuvaşi şəhərlərində "Qədim Musiqi Alətləri" ansamblı ilə bayram konsertləri.

2013-cü ildə Azərbaycanda keçirilmiş III Respublika və Beynəlxalq Muğam müsabiqəsinin Laureatı (3-cü yer).

2013-cü il Türkiyədə İstanbul şəhərində Millət vəkili Qənirə Paşayeva ilə Xocalı Soyqırımına həsr edilmiş tədbir.

2015-ci ildə Qazaxstan Respublikası Alma-Ata şəhərində "Jas Star"(Gənc Ulduz) festivalı (fəxri musiqiçi qismində)

2016-ci ildə "TÜRKSOY"-un təşkil etdiyi Novruz bayramına həsr edilmiş silsilə konsertlər; Türkiyə-Ankara, İstanbul, Bolu, Amerika Birləşmiş Ştatlarında Nyu-York və Vaşinqton.

2016-cı ildə "TÜRKSOY"-un təşkil etdiyi Qazaxıstan-Alma-Ata, Qırğızıstada-Bişkek, Türkiyə-İzmir və Kipr şəhərlərində silsilə konsert proqramları.

2017-ci ildə Türkiyə-Ankara, Bolu, Bursa, Ədirnə, Rumuniya-Buxarest, Moldova-Kişinyov və Komrat şəhərlərində "TÜRKSOY"-un yaranmasının 25 illiyinə həsr edilmiş konsert proqramları.

2017-ci il Avstryada Viana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində Xan Şuşinski Fondunun keçirtdiyi "Könlüm Keçir Qarabağdan" adlı konsert proqramı.

2017-ci ildə Türkiyə, Qazaxstan, Azərbaycan səfirliklərinin Brazilia- Brazil və Sao-Paolo şəhərlərində birgə təşkil etdiyi konsert proqramı.[7]

2018-ci ildə Dahi Bəstəkar Qara Qarayevin 100-illik yubileyi, "TÜRKSOY"-un yaranmasının 25 illiyi ilə əlaqədar Türkiyə-İstanbul, Yaponiya-Tokio, Kavasaki, Hamamatsu və Akasaka şəhərlərində silsilə konsert proqramları. "Şəhriyar Musayev – Xatirədir" adlı albomu İran İslam Respublikasının paytaxtı Tehran şəhərində işıq üzü görmüşdür.[8].

Linklər[redaktə | mənbəni redaktə et]

  • "Deezer".
  • "Spotify".
  • "iTunes".
  • "Youtube".
  • "Instagram".

İstinadlar[redaktə | mənbəni redaktə et]