Şəhriyar adına uşaq kitabxanası

Şəhriyar adına uşaq kitabxanası- Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı.

Əsası 1904-cü ildə qoyulub. O zamanlar kitabxana "Neft sənayeçiləri" qurultaylar şurasının kitabxanası adlanırdı. 30 minə yaxın fəhlə yaşayan Balaxanıda yerləşirdi. Bu kitabxananın yaradılmasında maarifpərvər L.N.Barxatovanın böyük xidmətləri olmuşdur. Lidiya Nikolayevna Barxatova (1874- 1966) 1904-cü ildə Balaxanıda ilk fəhlə kitabxanasının müdiri olmuşdur.

Kitabxana açılarkən onun cəmi 200 nüsxə kitabı olmuşdur. L. Barxatovanın fəaliyyəti sayəsində 4 ilin ərzində kitabxananın fondu artıq 4500 nüsxəyə çatır. 1921- ci ildə bu mədəniyyət ocağı uşaq kitabxanası kimi fəaliyyət göstərməyə başlayır və ona Bakı komissarlarından biri olan Y.Zevinin adı verilir. Y.Zevin adına uşaq kitabxanası 1972-ci ildən 400 kv metr sahəsi olan yeni binaya köçürülmüşdür. Kitabxananın 3 hissədən ibarət ayrıca kitabsaxlayıcısı, Azərbaycan dilində ədəbiyyat, rus dilində məktəbəqədər aşağı siniflər və yuxarı siniflər üçün ədəbiyyat bölmələri var idi. 1992-ci ildən bu kitabxana böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın adını daşıyır.

Nadir kitabları

Kitabxana azərbaycan, rus abonement, səyyar, oxu zalı və fonoteka şöbələrindən ibarətdir. O zamandan bu günümüzə kimi nadir kitabların bir hissəsi indi də kitabxananın fondunda mühafizə olunur. Məsələn: 1912-ci il Sank-Peterburqda çap edilmiş "Komediy", A.Puşkinin, Dobrolyubovun, N.Akuşinin 1914-cü ildə Moskvada çap olunmuş "Dekobristı", D.İ.Fonvizinin "Briqadir", "Nedorosl" əsərlərini, M. Qorkinin və başqa yazıçıların əsərlərini misal göstərə bilərik. XX əsrin əvvəllərində çap olunmuş dünya klassiklərinin əsərlərinə və digər nəşrlərə də rast gəlmək mümkündür. Məsələn: Alman klassiki İ.Hötenin "Faust" əsərinin 1902-ci il Sank-Peterburq nəşri, görkəmli naşir B.B.Bitnerin redaktorluğu ilə çap olunmuş "Vestnik znaniy" məcmuəsinin 1913-cü il komplekti (№ 1- 12) və b. bu qəbildəndir.

Təmirdən öncə

[redaktə | mənbəni redaktə et]

http://cls.az/front/2911/az Arxivləşdirilib 2017-09-05 at the Wayback Machine