Şəki (basketbol klubu)

Şəki BKAzərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. Şəki şəhərini təmsil edir.

Şəki basketbol klubu
Şəki basketbol klubu loqosu
LiqalarAzərbaycan basketbol ligası
Yaranma tarixi2011
ArenaŞəki OİK
YerAzərbaycan Bakı
Klub rəngləri, göy
         
Baş məşqçiNigeriyaAleksandr Uco
Köməkçi(lər)ABŞKris Klark
KapitanAzərbaycanKris Klark
2023-2024 mövsümündə yeri10
Formalar
Ev trikotajı
Komanda rəngləri
Ev
Səfər trikotajı
Komanda rəngləri
Səfər

Şəki BK 2011-ci ildə Şəki şəhərində yaradılmışdır. Klub məşqlərini və oyunlarını, Şəki şəhərində yerləşən "Şəki Olimpiya İdman Komleksi"-ində həyata keçirir. 2023–2024-cü illər mövsümündə 1 qalibiyyət və 17 məğlubiyyətlə sonuncu yerdə (10-cu yer) qərarlaşıblar.[1] Klubun ən çox səs gətirən transferi ABŞ vətəndaşı olan Vebster Simeusdur. Vebster Simeus Haitidə doğulub. 2.03 sm boya malik olan 24 yaşlı basketbolçu "hücumçu" mövqeyində çıxış edir. Vebster Simeus 2022–2023 ildə Yunanıstanın Elit Liqasında çıxış edən "Kavala" klubunda oynayıb. O, Azərbaycana gələnədək Fələstinin "Beyt Sahur" klubuna məxsus olub.[2]

Şəki basketbol klubuna 2023–2024-cü illər mövsümündə nigeriyalı mütəxəssis Aleksander Uco baş məşqçilik edib. Aleksander Uco 2024-cü ildə klubla olan müqaviləsi yenilənmiyib və yollarını ayırıblar.[3]

2023-2024 mövsümündə Şəki heyəti
Oyunçular Məşqçilər
Möv. # Vət. Adı Boyu Komandası Yaş
6 Azərbaycan Nihad Tağıyev 1.84 m 24 yanvar 1998 (1998-01-24) (26 yaş)
9 Azərbaycan Məhəmməd Sadıkov 2.06 m 20 may 2003 (2003-05-20) (21 yaş)
4 Azərbaycan Tərlan Abduləzizov 1.82 m 06 avqust 1989 (1989-08-06) (34 yaş)
0 Azərbaycan Hüseyn Əsgərli 1.93 m 12 aprel 2006 (2006-04-12) (18 yaş)
7 Azərbaycan Kamal İmamverdiyev 1.91 m 25 yanvar 1996 (1996-01-25) (28 yaş)
5 Nigeriya Adebayo Oduleye 2.00 m 10 yanvar 1999 (1999-01-10) (25 yaş)
10 ABŞ Kris Klark (K) 1.90 m 25 noyabr 1985 (1985-11-25) (38 yaş)
30 Nigeriya Solomon Arosanyin 1.82 m 04 aprel 2002 (2002-04-04) (22 yaş)
0 Nigeriya Pol dibal 1.98 m 28 avqust 2005 (2005-08-28) (18 yaş)
24 Azərbaycan Emin Cəfərov 1.87 m 31 may 1993 (1993-05-31) (31 yaş)
ABŞ Simeus Vebster 2.03 m 20 dekabr 1999 (1999-12-20) (24 yaş)
ABŞ Vanya Kinq 1.85 m 10 yanvar 1999 (1999-01-10) (25 yaş)
Baş məşqçi
  • Nigeriya Aleksandr Uco
Köməkçi məşqçi
  • ABŞ Kris Klark

Leqenda
  • (K) Kapitan
  • Zədələnmiş Zədələnmiş
Şəki Olimpiya İdman kompleksi. Şəki basketbol klubunun məşq və oyunlarının keçirildiyi yer.

Keçmiş oyunçular

[redaktə | mənbəni redaktə et]

Amerikalı basketbolçu Kris Klark və nigeriyalı Solomon Arosanyin 2023–2024 mövsümündə Şəki klubu ilə vidalaşıblar. Hər iki basketbolçu ilə başa çatan müqavilə müddəti uzadılmayıb.[4]

2015/16 Azərbaycan çempionatının bürünc mükafatçısıdır. Klub həm də iki dəfə Azərbaycan kubokunun qalibi olub (2016, 2018). 2016/2017 mövsümündə Olimpiya Şəki FIBA Çağırış Kubokunun seçmə mərhələsində iştirak edib və burada ümumi hesabda Rumıniyanın "Kluj-Napoka BK" klubuna uduzub (86:83–79:75).[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]