Şəki Özəl Türk Liseyi

Şəki Özəl Türk LiseyiŞəkidə Azərbaycan-Türkiyə özəl liseyi.

Şəki Özəl Türk Liseyi

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Şəki indiyədək təkcə özünün məşhur Xan sarayı, ədəbiyyat, fikir adamları ilə tanınırdısa, indi bu şərəfli siyahıda Şəki Azərbaycan–Türk özəl liseyi də özunə məxsus yer tutur.

Şən, nikbin, hazırcavab, zəkalı və təhsilə çox maraqlı olan şəkililərin israrlı tələbi nəticəsində açılan və əhali ilə bir ailə kimi fəaliyyətə başlayan liseyimiz qısa müddətdə təkçə Şəki şəhərində deyil, Qafqazın cənub ətəklərində bütün ərazidə rəğbətlə qarşılandı. Qarşılıqlı sevgi və hörmət üzərində qurulan hər bir fəaliyyətin sonu və nəticəsi isə müvəffəqiyyətdir. Buna görədir ki, indiyədək şagirdlərimiz təlimdə və tərbiyədə yüksək nəticələr əldə edirlər. Onlar dünyanın müxtəlif yerlərində kecirilən olimpiada və bilik yarışlarında doğma Azərbaycanımızı layiqli şəkildə təmsil edirlər. Respublika olimpiadalarında şagirdlərimizdən 9 nəfəri birinci yeri, 12 nəfəri ikinci yeri, 10 nəfəri üçüncü yeri, 23 nəfəri isə dördüncü yeri tutmuşlar.

Dünya olimpiadalarında və layihə yarışmalarında qazandığımız 2 qızıl, 2 gümüş, 2 bürünc medal uğurlarımızın bariz ornəyidir.

Liseyin əldə etdiyi nailiyyətlər bölgənin diqqətini özünə cəlb etmiş, ətrafda olan rayonlardan burada da lisey açmaq təklifləri irəli sürülmüşdür. Bu gün Zaqatalada və Qaxda müvəffəqiyyətlə fəaliyyət göstərən “Araz” kursları məhz bu tələblərin nəticəsində meydana çıxmışdır.

2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Şəki Özəl Türk Liseyi bağlanıb.

Mənbə[redaktə | mənbəni redaktə et]