Şəki BK – Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. Şəki şəhərini təmsil edir.
Şəki basketbol klubu | |||
---|---|---|---|
Liqalar | Azərbaycan Basketbol Liqası | ||
Yaranma tarixi | 2011 | ||
Arena | Şəki OİK | ||
Yer | Bakı | ||
Klub rəngləri | ağ, göy | ||
Baş məşqçi | Bedro Meriç | ||
Köməkçi(lər) | Vüqar Musayev Etibar Bağırov | ||
Formalar | |||
|
Şəki BK 2011-ci ildə Şəki şəhərində yaradılmışdır. Klub məşqlərini və oyunlarını, Şəki şəhərində yerləşən "Şəki Olimpiya İdman Komleksi"-ində həyata keçirir. 2023–2024-cü illər mövsümündə 1 qalibiyyət və 17 məğlubiyyətlə sonuncu yerdə (10-cu yer) qərarlaşıblar.[1] Klubun ən çox səs gətirən transferi ABŞ vətəndaşı olan Vebster Simeusdur. Vebster Simeus Haitidə doğulub. 2.03 sm boya malik olan 24 yaşlı basketbolçu "hücumçu" mövqeyində çıxış edir. Vebster Simeus 2022–2023 ildə Yunanıstanın Elit Liqasında çıxış edən "Kavala" klubunda oynayıb. O, Azərbaycana gələnədək Fələstinin "Beyt Sahur" klubuna məxsus olub.[2]
Şəki basketbol klubuna 2023–2024-cü illər mövsümündə nigeriyalı mütəxəssis Aleksander Uco baş məşqçilik edib. Aleksander Uco 2024-cü ildə klubla olan müqaviləsi yenilənmiyib və yollarını ayırıblar.[3] 2024-cü ilin sentyabrında "Şəki"nin baş məşqçisi türkiyəli Bedri Meriç təyin edilib.[4]
Klub 2024-cü ilin sentyabr ayında Azərbaycanın basketbol üzrə U-20 millisinin üzvü Əbdülmətin Quliyevi heyətə daxil edib.[5] "Şəki" 2024-25 sezonunda o cümlədən ABŞ-li Kris Barton, Karl Conz və Aleks Koldvelli, həmçinin yerli oyunçu statusunda olanlardan Ərcan Donatı sıralarına cəlb edib.[6] 2024-cü ilin oktyabrında daha bir amerikalı basketbolçu, Coş Robinson ilə müqavilə imzalayıb.[7]
2024-cü ilin oktyabrında Etibar Bağırov 3-cü məşqçi vəzifəsinə təyin olunub. O, komandanın fitnes hazırlığına cavabdehlik daşıyır.[8]
"Şəki" 2024-cü ilin noyabrında "Sabah" klubundan Tariel Yusifzadəni heyətə cəlb edib.[9][10]
2024-2025 mövsümündə Şəki heyəti | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunçular | Məşqçilər | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Yenilənib: 3 noyabr 2024 |
Amerikalı basketbolçu Kris Klark və nigeriyalı Solomon Arosanyin 2023–2024 mövsümündə Şəki klubu ilə vidalaşıblar. Hər iki basketbolçu ilə başa çatan müqavilə müddəti uzadılmayıb.[11]
2015/16 Azərbaycan çempionatının bürünc mükafatçısıdır. Klub həm də iki dəfə Azərbaycan kubokunun qalibi olub (2016, 2018). 2016/2017 mövsümündə Olimpiya Şəki FIBA Çağırış Kubokunun seçmə mərhələsində iştirak edib və burada ümumi hesabda Rumıniyanın "Kluj-Napoka BK" klubuna uduzub (86:83–79:75).[12]