Şəki Miniatür Muzeyi–2017-ci ildə Miniatür Kitab Muzeyinin Şəki filialı fəaliyyətə başlayıb. Burada 6 vitrində 26 ölkədə çap edilən 620 nüsxə miniatür kitab nümayiş etdirilir.[1]
Şəki Miniatür Muzeyi | |
---|---|
Əsası qoyulub | 2017 |
Açılış tarixi | 06 noyabr 2017 |
Yerləşir | Şəki, Azərbaycan |
Ünvan | Mirzə Fətəli Axundzadə prospekti |
Direktor | Zərifə Salahova |
Telefon | +994 24 244 46 00 |
İş rejimi | 10:00 - 20:00 |
Şəki Miniatür Muzeyi Yurd Yaddaşı.
Noyabrın 6-da Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksində Miniatür Kitab Muzeyinin filialı açılıb.[2]
Muzey ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 2002-ci il aprelin 23-də yaradılıb. Hazırda Miniatür Kitab Muzeyində dünyanın 76 ölkəsində nəşr edilmiş 5600-dək miniatür kitab nümayiş etdirilir. Bu kitabların hər biri Zərifə xanımın gərgin axtarışları nəticəsində əldə olunub. Muzeydə sərgilənən miniatür kitablar arasında 1998-ci ildə Bakıda nəşr olunmuş “Heydər Əliyev. Əsrin müqaviləsi” kitabı, həmçinin 1815-ci ildə Londonda buraxılmış “İngiltərə tarixi” və digər nüsxələr diqqəti xüsusilə cəlb edir. Burada toplanmış kitabların əksəriyyətinin yaşı 100 ildən çoxdur. Muzeyin ən “qocaman” kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan müqəddəs “Qurani-Kərim”in nüsxəsidir. Təsadüfi deyil ki, Miniatür Kitab Muzeyinin ekspozisiyası miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.[2]
Muzeyin tarixçəsi barədə danışan Zərifə Salahova deyib ki, bu ideya 1982-ci ilin noyabrında yaranıb. O, həmin vaxt Moskvada İ.Krılovun təmsillərinin tam külliyatının kiçikformatlı faksimil nəşrini əldə edib. Həmin gündən də öz kolleksiyasını formalaşdırmağa başlayıb. Təxminən 35 il ərzində 8 mindən çox miniatür kitab toplayıb.
Şəki Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmaqla bərabər, dövlətçilik tariximizdə əhəmiyyətli yeri olan tarixi diyarlarımızdan biridir. Şəkidə yerləşən Miniatür muzeyi - Yurd Yaddaşı Şəkinin - o cümlədən Azərbaycanın müxtəlif dövrlərdə ictimai-siyasi, mədəni və iqtisadi dövrlərini əks edən çox mühüm tarixi sənədlərin və eksponatların toplanıb cəmiyyətə təqdim bir mərkəzdir.
Səki miniatür muzeyi - Yurd Yaddaşı Şəkinin yetişdirdiyi vətənpərvər övladlarından biri olan Xatirə xanım Əkbərova tərəfindən yaradılıb və bu, xanım tərəfindən qorunur.[2]