Şəki mədəniyyəti

Şəki xan sarayı, Yuxarı Karvansara, şəbəkə, piti, ipəkŞəki paxlavası

Şəkinin əsası VIII əsrdə qoyulmuşdur. Zəngin mədəni irsə məxsus olan Şəki şəhəri qırmızı damları, sakinlərinin yumor hissi və Hacı dayı lətifələri ilə məşhurdur.[1][2] Şəkinin ən məşhur memarlıq abidələri Nuxa qalası, Şəki xan sarayı, Şəkixanovların evi, Dairəvi məbəddir. Şəki memarlığının spesifik xüsusiyyəti Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə — şəbəkədir.[3] Şəkinin məşhur yeməkləri Şəki halvası və pitidir.

Şəkidə Azərbaycan dilinin xüsusi bir dialekti danışılır. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.[4]

Şəki şəhərində "Şəki" (əvvəlki adı "Şəki fəhləsi"), "Şəkinin səsi", "İpəkçi", "Şəki bələdiyyəsi", "Region Şəki", "Şəki təhsili", "Şəffaf Biznes" qəzetləri nəşr olunur. Həmçinin peyk vasitəsilə dünyaya yayımlanan ARB televiziya kanalı " ARB ŞƏKİ " də Şəki şəhərində fəaliyyət göstərir.

Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.[5][6]

  1. "Təhsilimizin Hacı dayısı". Gunbaki. 11 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2010.
  2. Ismayilli, Sevda. "Novella Cəfəroğlu: Referendumdan sonra elə gülürəm". azadlig.org. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2010.
  3. К. М. Мамед-заде. Строительное искусство Азербайджана. — Баку: Элм, 1983.
  4. Мудрак О. А. Об уточнении классификации тюркских языков с помощью морфологической лингвостатистики // Сравнительно-историческая грамматика тюркских языков. Региональные реконструкции / Отв. ред. Э. Р. Тенишев. — М.: Наука, 2002. — С. 5-6, 729-730, 735. — ISBN 5-02-022638-6.
  5. "Şəki paytaxt elan edildi". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-02.
  6. europeanyouthcapital.org. "Ganja 2016". JUNE 12, 2014. 2017-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.