Şəkil Etüdləri, Op. 33

Sergey Raxmaninov

Şəkil Etüdləri (fra. Études-Tableaux) böyük rus bəstəkarı Sergey Raxmaninov tərəfindən yazılmış iki etüdlər toplusundan birincisidir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Raxmaninov Op. 33 etüdlər toplusunu 1911-ci ilin sentyabr və avqust aylarında, Op. 32 prelüdlər toplusunu tamamladıqdan bir il sonra yazmışdır.Prelüdlərlə bəzi stilistik oxşarlıqları olsa da, bir-birlərindən kəskin fərqlənirlər.O, prelüdlərində, əsasən, melodiya və duyğular üzrə çalışmışdı.Bundan əlavə, onun Op. 32 prelüdlərində 24 major və minor açarların hamısından istifadə etmişdir.

Raxmaninovun bioqrafiyaçısı Maks Harrisona görə bu etüdlər "müəyyən duyğuların piano və səslərin ahəngdarlığı ilə dəyişimini araşdırır.Prelüdlərindən fərqli olaraq, musiqinin gedişatını təxmin etmək çətindir və quruluşca daha mürəkkəbdir".[1]

Raxmaninov bu etüdlər toplusu üçün əvvəlcə 9 etüd yazsa da, 1914-cü ildə bunların yalnız 6 dənəsini yayımlamışdır.A (La) minorda yazılan etüdü bir qədər dəyişdirilmiş və Op. 39 etüdlər toplusunda istifadə olunmuşdur.Digər ikisi isə bəstəkarın vəfatından sonra yayımlanmışdır və günümüzdə digər 6 etüdlə birlikdə ifa olunur.8 etüdü birlikdə ifa etmək, əslində bəstəkarın istəklərinə qarşı gəlmək hesab olunur, çünki iki etüdü bu topludan məhz bəstəkarın özü çıxartmışdı.Bundan əlavə, 6 etüd bir-biriləri ilə melodik əlaqələrə malikdirlər, ikisi isə bu altısından bir qədər fərqlənir.[2]

Nömrələmə və xarakter[redaktə | mənbəni redaktə et]

Raxmaninov 9 etüdünü də 1911-ci ildə, İvanovka malikanəsində yazmışdır.Onlardan altısı (No. 1, 2, 6, 7, 8, 9) elə həmin il yayımlanmışdı[3].No. 4 etüdü isə itmişdir; sonralar üzərində düzəlişlər aparılaraq No. 6 adı ilə yayımlanmışdır[3].No. 3 və 5 etüdləri isə bəstəkarın vəfatından sonra yayımlanmışdır.Etüdlər bu şəkildə nömrələnir (sonralar Op. 39 üçün istifadə etdiyi etüd daxil deyil):

  • Allegro non troppo F (fa) minor - No. 1

Bu etüd mübariz xarakterə malikdir.Raxmaninov Şopenin musiqisinə vurğun idi, buna görə onların əsərləri arasında müəyyən oxşarlıqlar görmək mümkün idi.Bu etüd Şopenin No. 4, Op. 25 etüdü ilə bir çox oxşar xassələrə malikdir.

  • Allegro C (do) major - No. 2

Lirik və təsirli melodiyası olan bu etüd, bəstəkarın, bir il əvvəl yayımladığı Op. 32 No.12 prelüdünə oxşayır.

  • Grave C (do) minor - No. 3 (Op. posth.)

Bu etüd bəstəkarın dördüncü piano konçertosunda istifadə olunmuşdur.

  • Moderato D (re) minor - No. 4 (vəfatından sonra yayımlanmışdır, əslində No. 5-dir)

Bəstəkarın Op. 23 No. 3 prelüdü ilə bir çox oxşar xassələrə malikdir.

  • Non allegro - presto E♭ (mi bemol) minor - No.5 (No. 3 adı ilə yayımlansa da, əslində No. 6-dır)

Op. 33 toplusu içində texniki baxımdan ən çətini sayılır.Şopenin prelüd Op. 28 No. 16 və etüd Op. 25 No. 6 əsərləri ilə oxşardır.Rusiyada bu əsəri "Qar Fırtınası" adlandırırlar.

  • Allegro con fuoco E♭ (mi bemol) major - No. 6 (No. 4 adı ilə yayımlansa da, əslində No. 7-dir)

Əsər, əsasən, hərbi aspektə malikdir.Virtuozik qabiliyyətlər tələb edən sonluğu vardır.

  • Moderato G (sol) minor - No. 7 (No. 5 adı ilə yayımlansa da, əslində No. 8-dir)

Əsər Şopenin ilk balladasının sonluğu ilə oxşarlıqlara malikdir.

  • Grave C♯ (do diyez) minor - No. 8 (No. 6 adı ilə yayımlansa da, əslində No. 9-dur)

Bu etüd Svyatoslav Rixter tərəfindən ifa edilmiş ən məşhur etüdlərdəndir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Harrison, Max. Rachmaninoff: Life, Works, Recordings. London: Continuum International Publishers group, 2005.
  2. Matthew-Walker, Robert. Rachmaninov: His Life and Times. London; New York: Omnibus Press, 1984.
  3. 1 2 Norris, Geoffrey. Rachmaninoff, Serge: Works. Grove Music Online. Oxford University Press. Accessed September 2014.