Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şəlalə modeli — proqram yazılarkən bir layihənin ərsəyə gətiriliməsində istifadə olunan modeldir. Şəlalə modeli 4 hissədən ibarətdir.
Proqramların yazılmasında ən məşhur olan bu model digərlərinin təməlini təşkil edir. Mərtəbələr arası keçidlər tez-tez olan bu modeldə geriyə dönüş bahalı ola bilər. Buna görə hər bir mərhələ diqqətlə incələnməlidir. Bu modeldə hər bir mərhələdən sonra yoxlama məqsədi ilə, layihə gözdən keçirilir. Bu gözdən keçirmənin nəticəsində ya cari mərhələ yenidən işlənilir, ya da ki, növbəti mərhələyə keçilir.
İlk olaraq Layihənin təhlili aparılır. Ediləcək olan bütün əməliyyatların siyahısı çıxarılır və SRS (Software requirements specifications , proqram ehtiyac özəllikləri) sənədi hazırlaır. Bu sənədlə birlikdə bir təhlil hesabatı çıxarılır.
Sonra bu təhlillərin işığında proram dizayn edilir və proqramın SDD (Software Design Document, Proqram Dizayn Sənədi) hazırlanır.
Bütün bunlardan sonra növbəti mərhələyə tətbiqə keçirilir. Bu mərhələdə proqram daha dolğun bir hal alır və bu vəziyyətdə səhvlikləri aşkarlamaq daha asan olur ki, bu da Test mərhələsində həyata keçirilir. Əgər xətalar varsa uyğun yerlərə qayıdıb səhvlər düzəldilir. Bu son mərhələdən sonra proqramın Test hesabatı hazırlanır və proqram istənən hala gətirilir.
Şəlalə modeli ilk təklif edilən modeldir. Geniş istifadə olunması və müştəri istəklərinə paralel olması ən böyük üstünlüklərindəndir. Əsasən böyük risk tələb edən və müştəri ehtiyaclarının başlanğıcda açıqca bilindiyi layihələrdə istifadə edilir.