Şəmkir Konyak Zavodu

Şəmkir Konyak Zavodu, əvvəllər Şamxor Konyak Zavodu (̣̺azərb-kiril. Шамхор Конјак Заводу) — Azərbaycanda yeyinti sənayesi müəssisəsi. Şəmkir şəhərində, Heydər Əliyev küçəsi 264 ünvanında yerləşir.[1] Zavodun əsası 1923-cü ildə qoyulmuşdur, SSRİ-də ən böyük konyak zavodlarından biri olmuşdur. 3, 4, 5 ulduzlu ordinar, "Göygöl", "Göyçə" və "Bakı" markalı konyaklar, ordinar portveyn, "Ağstafa", "Alabaşlı" və "Kürdəmir" markalı desert şərablar və s. istehsal edirdi. Zavodun 1980-ci illərin ortalarında 8 əsas sexi – konyak, şərab, şərab tullantıları emalı, 1, 2, 3, 4 və 5 nömrəli konyak spirti saxlama sexləri və mexaniki yardımçı sexi var. 1984-cü ildə 768 (1940-cı ildə 20, 1950-ci ildə 30) min dal konyak, 237 (1940-cı ildə 110, 1950-ci ildə 120) min dal şərab istehsal etmişdir.[2]

  1. "Şəmkir Konyak Zavodu". kataloq.gomap.az (az.). 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2022.
  2. Шамхор Конјак Заводу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 463.