Şəmsəddin Qocabəy oğlu Abışov (14 sentyabr 1963, Köryədi, Yardımlı rayonu – 18 oktyabr 2023[1], Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin keçmiş rəisi.
Şəmsəddin Abışov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 sentyabr 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 2023[1] (60 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Şəmsəddin Abışov 14 sentyabr 1963-cü ildə Yardımlı rayonunun Köryədi kəndində ziyalı ailəsində anadan olmuşdur.
1986-cı ildə Şimali Osetiyada Orconikidze (vladiqafqaz) Ali Hərbi Ümumqoşun Komandirlər məktəbini, 1998-ci ildə isə Azərbaycan Respublikası Hərbi Akademiyasını bitirmişdir.
1986–1992-ci illərdə keçmiş Sovet Ordusunda müxtəlif vəzifələrdə, 1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Ordusunda zabit kimi xidmət etmişdir. Xidmət etdiyi dövrlərdə döyüş bölgələrində böyük həcmli hərbi hissə komandiri, birliyin qərargah rəisi vəzifələrinə qədər yüksəlmişdir.
2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilmişdir.
2014–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət etmişdir. 2016-cı ilin sonunda təyin edilmiş yaş həddinə görə Silahlı Qüvvələrdən "Polkovnik" rütbəsi ilə ehtiyata buraxılmışdır.
2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə, Gömrük xidməti polkovniki rütbəsi verilməklə təyin edilmişdir.
Ailəlidir, 4 övladı var.
1992–1994-cü illərdə Dağlıq Qarabağ bölgəsində aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Beyləqan-Füzuli-Xocavənd rayonları istiqamətində bir çox ərazilərin və əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsində tabor komandiri vəzifəsində uğurlu döyüş əməliyyatları aparmışdır.
2002–2003-cü illərdə Qazax bölgəsində hərbi hissə komandiri vəzifəsində xidmət edərkən neytralda olan bir sıra strateji cəhətdən vacib əraziləri ələ keçirməklə Məzəm, Quşçu-Ayrum, Fərəhli kəndlərinin təhlükəsizliyini təmin etmişdir.
2003–2013-cü illərdə Beyləqan bölgəsində Birliyin Qərargah rəisi kimi döyüş yolunu davam etdirmişdir.
Hərbi xidmətdə göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci ildə "Vətən Uğrunda", 2012-ci ildə "Hərbi xidmətlərinə görə" medalları ilə təltif edilmişdir.
Müdafiə nazirliyi tərəfindən bir çox medallarla təltif olunmuşdur
Müharibə və Silahlı Qüvvələr veteranıdır.