Şəmsi Fəxri — XIV əsr İran lüğətçisi və filoloqu. O, ən çox 1344-cü ildə Fars vilayətinin son incuid hakimi Əbu İşaq İncuya (hak. 1343–1357) həsr olunmuş "Miyar-i Cəmali və-miftə-yi Bu İşaki" nin ("Camala təklif olunan quş tələsi və Əbu İshaqa həvalə edilən açar") əsərinin müəllifi kimi tanınır.[1]
Şəmsi Fəxri gəncliyi dövründə Luristanda hökmranlıq sürən həzarəspilər sülaləsinin sarayında xidmət etmişdir. O, 1313-cü ildə hökmdar Nüsrətəddin Əhmədə (hak. 1296–1330) həsr etdiyi "Miyar-i nüsrəti" şeirini ərsəyə gətirmişdir. Monqol Elxanilərin fars əsilli vəziri olan Qiyasəddin ibn Rəşidəddinin sarayına qoşulmuş, ondan sonra incuidlərin sarayına qatılmışdır.[2]