Şəmsi Pənah oğlu Əhmədov (1959, Kərki, Sədərək rayonu) — Azərbaycan şərqşünası, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru.
Şəmsi Pənahoğlu | |
---|---|
Doğum tarixi | 1959 |
Doğum yeri | |
Elm sahələri | Dünya ədəbiyyatı, İran ədəbiyyatı |
İş yerləri |
|
Təhsili |
Şəmsi Pənahoğlu 1959-cu ildə Naxçıvan MR-in Kərki kəndində doğulub. I sinfi Sədərəkdə, II–IV sinifləri Naxçıvanda, V–X sinifləri Ordubad internat məktəbində oxuyub. 1981-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. Orta, orta-ixtisas, ali məktəblərdə dərs deyib. Əfqanıstanda müşavir aparatında işləyib, İran, Türkiyə, Rusiyada yaşayıb, Avropanın bir neçə ölkəsində olub. Müxtəlif vəzifələrdə, o cümlədən, dövlət qulluğunda və ictimai işlərdə çalışıb: 1986–1989 — Naxçıvan ş. 1 saylı orta-məktəbdə dərs hissə müdiri; 1987–1991-Naxçıvan MR Beynəlmiləl Hərbçilər Şurasının sədri; 1987–1991-Naxçıvan Vilayət Komsomol Komitəsində büro üzvü; 1988–1990-OADKYC Naxçıvan Şəhər Komitəsinin sədri; 1990–1990-"Şəfqət" xeyriyyə cəmiyyətində işlər müdiri; 1991–2004-"Səfəvi" assosiasiyasının sədri; 1991–1996-Naxçıvan MR Nazirlər Kabinetində Hərbi Səfərbərlik şöbəsinin rəisi; 1997–1998-Naxçıvan MR Turizm İdarəsində tərcüməçi; 1998–1998-Naxçıvan MR Antiinhisar Komitəsi KOSİA-nın direktoru; 2001–2003-İİR Naxçıvan Baş Konsulluğunda tərcüməçi; 2005–2008-AMEA Naxçıvan Bölməsində elmi işçi; 2006–2008-Naxçıvan Özəl Universitetində müəllim; 2007–2010-"Kanal 35", "ANS" və "Space" televiziyalarında tərcüməçi; 2008–2009-"Qlobal Biznes Servis"də tərcüməçi. 2009-cu ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda işləyir. Müharibə iştirakçısı, ehtiyatda olan zabitdir. "Qırmızı ulduz" ordeni və medallarla təltif olunub. Ailəlidir. 3 övladı, 2 nəvəsi var.
Elmi yaradıcılığının əsas istiqaməti klassik Azərbaycan və farsdilli ədəbiyyat, səfərnamə və xatirə ədəbiyyatının ilkin mənbədən-əlyazmasından tədqiqi, tərcüməsi, transliterasiyası, nəşri, sağlamlıq nəzəriyyələri və filmlərin tərcüməsidir. 5718.01-Dünya ədəbiyyatı (fars ədəbiyyatı) və 5716.01-Azərbaycan ədəbiyyatı ixtisasları üzrə "Mirzə Müslüm Qüdsi "Divan"ının filoloji tədqiqi" mövzusunda müdafiə etdiyi dissertasiya işini, ədəbiyyat və mədəniyyət tariximizə düşməmiş M. M. Q. İrəvaninin Təbriz Milli Kitabxanasında saxlanılan "Divan"ının yeganə əlyazma nüsxəsi əsasında işləyib. "XIX əsr İrəvan ədəbi mühiti (farsdilli mənbələr əsasında)" elmlər doktorluğu işinin mövzusudur. Azərbaycan, rus, türk, fars, tacik, dəri və qismən ingilis dillərini bilir. 80-dən artıq elmi və publisistik məqaləsi, o cümlədən, 20 kitabı çap olunub, 100-ə qədər filmi rus və fars dillərindən Azərbaycan dilinə tərcümə edib. "Urmu: dünyanı yandıran müharibədə" tərcüməsi əsasında film çəkilişi nəzərdə tutulub.