Şərafəddin İlkin

Şərafəddin İlkin (Həsənov Şərafəddin Sudeyf oğlu) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlamışdır. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etmişdir. 1993-cü ildən mətbuatda çalışır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləmişdir. Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur. "Göz gözə yalan deməz", "Gözlərinə de ki. . ." və "Mən səndən küsmədim ki" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür. 2020-ci ildə prezident təqaüdünə layiq görülmüşdür. Ailəlidir. Bir qızı, bir oğlu, bir nəvəsi var. Həyat yoldaşı və oğlu Ali təhsilli müəllim, qızı həkimdir.

Şərafəddin İlkin
Doğum adı Həsənov Şərafəddin Sudeyf oğlu
Təxəllüsü İlkin
Doğum tarixi (58 yaş)
Doğum yeri Bədəlan, Masallı
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Ali
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1993-cü ildən
Əsərlərinin dili Azərbaycan dili
İlk əsəri Ana şeiri
Tanınmış əsərləri "Göz gözə yalan deməz", "Gözlərinə de ki...", "Mən səndən küsmədim ki"
Mükafatları Prezident Təqaüdçüsü

Həyat və yaradıcılığı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]