Şərif (din)

Şərif (ərəbcə: شريف, xeyirxah deməkdir) — Məhəmmədin nəslindən olan, orta əsrlərdə müsəlman dövlətlərinin aristokratiyasının təbəqələrindən birini təşkil edən adamların fəxri təxəllüsüdür. Daha məhdud mənada peyğəmbərin nəvəsi Həsənin xələflərinə şərif deyilir. Onun digər nəvəsi Hüseynin xələfləri seyid adlandırılır.

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.