Şərifli soyu — Azərbaycan xalqının tanınmış soylarından biri.
Şərifli soyu | |
---|---|
Titul | Bəy |
Əcdadı | Şərif bəy |
Qohum soylar | Qazılılar, Kərbəlayi Miralılar, Məmmədbəylilər |
Mənşəyi | Seyidli oymağı |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Seyidli kəndi |
Şərifli soyu Seyidli oymağının sayılıb-seçilən bəy nəslidir. Şərifli soyu kök etibarilə Seyidli oymağına mənsubdur. Bu soya Hüseyn bəyin övladları da deyilir. Soyun bəzi övladları Şərifli soyunun nümayəndələri kimi tanınır. Hüseyn bəy XVIII əsrdə yaşamış, Seyidli oymağının adlı-sanlı bəyi olmuşdur. Seyidli oymağında anadan olmuş Hüseyn bəy, XVIII əsrin sonlarında vəfat etmişdir. Hüseyn bəyin Şirin bəy, Şərif bəy adlı oğlanları var imiş.[1]
Hüseyn bəyin böyük oğlu Şirin bəyin Əsəd bəy, Məmmədqasım bəy, Şükür bəy adlı övladları Seyidli oymağında yaşamışlar. Şirin bəyin nəslinin övladları tarixin müxtəlif zamanlarında Qarabağın sayılan hörmətli şəxslərindən olmuşlar.[2]
Hüseyn bəyin ikinci oğlu Şərif bəydir. Şərif bəy Seyidli oymağında anadan olmuşdur. Şərif bəy dövrünün qoçaq, cəsarətli insanlarından idi. O, Seyidli oymağının hörmətli bəylərindən sayılırdı. Şərif bəyin Qasım bəy, Xurşud bəy adlı övladları olmuşdur.
Şərif bəyin böyük oğlu Qasım bəy də sələfləri kimi Seyidli oymağının sayılıb-seçilən bəylərindən idi. Qısa ömür yaşamış Qasım bəy Seyidli oymağının Qazılı soyundən olan Məhəmmədalı bəy Qazılının ortancıl qızı Mənzər xanımla ailə həyatı qurmuş, İldırım, Çərkəz, Ildız adlı üç ovladı olmuşdur.
Azərbaycanın qəhrəmanlıq tarixində silinməz iz qoymuş İldırım xan və Çərkəz bəy qardaşları Mənzər xanımla Qasım bəyin övladlarıdırlar.
Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər.
Qasım bəyin qızı Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. Ildız xanım 1945-ci ildə faciəli şəkildə həlak olmuşdur.
Şərif bəyin kiçik oğlunun adı Xurşud bəydir. Xurşud bəyin oğlu Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. O, əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy 1931-ci ildə Seyidlidə vəfat etmişdir.
Ildız xanım Fərhad bəylə ailə həyatı qurmuş, Yelmar adlı yeganə övladı olmuşdur. Meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi Yelmar Şərifov Ildız xanımla Fərhad bəyin övladıdır.