Şərili — aşıq havası.
Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir,Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var.[1]