Şərq bazarı — Sumqayıt şəhərindəki ən böyük ticarət mərkəzlərindən biri.
Şərq bazarı Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşirdi və təxminən 1 hektar ərazini əhatə edirdi[1]. Uzun illər baxımsız vəziyyətdə olan bazarın yerində müasir ticarət mərkəzi tikilməsi məqsədilə 2017-ci ilin may ayından etibarən sökülmüşdür[1]. Bazarda çalışanlar müvəqqəti olaraq şəhərdəki digər ticarət mərkəzlərinə köçürülmüşlər[1].