Şərq mədəniyyəti — ən qədim və eyni zamanda ən canlı mədəniyyətdir. Bunu bir sıra faktlar təsdiq edir. Şərq ölkələrində çox qədim buddizm və induizm məbədləri bu gün də fəaliyyət göstərir, çoxsaylı mədəni abidələr tanınır və öyrənilir.[1]
Eramızdan əvvəl birinci minillikdə yazılmış "Bhaqavat-Qita" əsəri xüsusilə qeyd olunmalıdır. Şərq mədəniyyəti daim zəka və biliyə müraciət etmişdir. O özü-özünü dərk etməyə, daxili etiqad zənginliyinə, intuitivizmə və irrasionalizmə istiqamətləndirilmişdir. Şərq mədəniyyətinin fenomenal sabitliyi dərinlik və daxili zənginliyi məhz bunlardan ibarətdir. Eyni zamanda, bu mədəniyyətdə təbiətə çox həssas münasibət formalaşmışdır: ruhların yenidən təzahür etməsi fikri bunun təsdiqidir.