Şərqi Avstraliya cərəyanı

Şərqi Avstraliya cərəyanıSakit okeanda cənub ekvator axımından formalaşaraq Mərcan dənizindən keçən və Avstraliyanın şərq sahillərinə çataraq, cənuba doğru axan isti okean cərəyanıdır.

Şərqi Avstraliya cərəyanı
Şərqi Avstraliya cərəyanının termal profili
Şərqi Avstraliya cərəyanının termal profili
Ümumi məlumatlar
Akvatoriya Sakit okean
Tip İsti
Orta axın cərəyanı 3,7-5,6
Orta temperatur 25

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Avstraliya sahillərinin yaxınlığında təxminən 15° c.en-də cənub ekvator axımı bölünərək Şərqi Avstraliya cərəyanını yaradır. Bu, Avstraliya sahillərinə yaxın ən böyük okean cərəyanıdır. Cərəyan 30° c.en-də maksimum sürətinə çataraq, 90 sm/s sürəti ilə axır. Cənub istiqamətində axarkən 31°c.en ilə 32° c.en arasında bölünür. 33° c.en-ə çatdıqda o, cənub istiqamətinə keçməyə başlayır və axımının digər hissəsi sıx sirkulyasiya zamanı şimala tərəf dönür. Bu ərazidə Şərqi Avstraliya cərəyanı özünün maksimum axım nəqliyyatına çatır, təxminən 35 Sv (Bir sverdrup (Sv) saniyədə 106 m3-ə bərabərdir).[1] Geri dönməyən axımın çox hissəsi Yeni Zellandiyanın şimal burnunun şimalında Tasman dənizindən keçərək şərqə doğru Tasman cəbhəsinə irəliləyir. Cərəyanın qalan hissəsi cənuba doğru Qərb küləkləri cərəyanına çatana qədər axır. Tasman hissəsində axımın nəqli 13 Sv hesablanmışdır. Şərqi Avstraliya cərəyanının şərqə doğru hərəkəti və Yeni Zelandiya sahil xətitinə yenidən gəlməsi Şərqi Aukland cərəyanını formalaşdırır.[1][2] Həmçinin, bu cərəyan da tropik dəniz faunasını Avstraliyanın cənub-şərq sahilləri boyu subtropik bölgələrdəki yaşam yerlərinə daşımaq üçün hərəkət edir.

  1. 1 2 Talley, Lynne. Descriptive physical oceanography: an introduction (6th ed.). San Diego, CA: Elsevier Inc.
  2. Roemmich, D.; Sutton, P. (1998). "The mean and variability of ocean circulation past northern New Zealand: Determining the representativeness of hydrographic climatologies.". J. Geophys. Res103: 13041–13054. doi:10.1029/98jc00583.