Şərqi Prussiya hücumu — II. Dünya Müharibəsi Şərq Cəbhəsində, Qızıl Ordunun alman qüvvələrinə qarşı həyata keçirdiyi strateji hücumdur. Sovet hücumu 13 Yanvar 1945-ci il tarixində başlamış, bəzi Alman qoşunları 9 may 1945-ci ilə qədər müqavimətə davam etdisə də, 25 aprel 1945-ci il tarixində məqsədinə çatmışdı. Qızıl Ordunun parlaq qələbəsi ilə nəticələnən Köniqsberq döyüşü ümumi hücumun mühüm bir hissəsidir. Alman tarixçilər Şərqi Prussiya Hücumunu 2-ci Şərqi Prussiya Hücumu kimi adlandırırlar. Gumbinnen Hərəkatı kimi də tanınan Birinci Şərqi Prussiya Hücumu, əsasən 1-ci Pribaltika Cəbhəsinin Memel Hücumunun bir hissəsi olaraq General Çernyaxovskiy komandanlığı altındakı 3-cü Belarus Cəbhəsinin qüvvələri tərəfindən 16 - 27 Oktyabr 1944-cü il tarixləri arasında həyata keçirilmiş bir hərəkatdır. Bu hərəkatda Sovet qoşunları Şərqi Prussiya və Polşada 30 - 60 km. dərinlikdə irəlilədilər, amma ağır itkilərə məruz qaldılar. Bu halda döyüş, cəbhə xəttində daha geniş ehtiyatlar toplanana qədər təxirə salınıb.