Şərqi aleksanor yelkənciyi

Şərqi aleksanor yelkənciyi (lat. Papilio alexanor orientalis) — pulcuqqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinə aid növ. Son dərəcə nadir növdür.

Şərqi aleksanor yelkənciyi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Şərqi aleksanor yelkənciyi
Beynəlxalq elmi adı

İri və gözəl kəpənəkdir. Qanadları açıldıqda 80–85 mm-ə çatır. Sarı rəngli ön üanadlar qara ləkəli və damarlı, kənarları enli qara haşiyəlidir. Arxa qanadlarında "quyruqcuqları" var.[1]

Cənub-şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.Alexanor Esp.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlar.[2]

Quru yamaclar və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələr. Mayda və iyunun əvvəllərində uçur. Yumurtaqoyma iyunda başlayır, tırtıllar iyulda endemik çətirçiçəklilərə mənsub olan ferula üzərində inkişaf edir, gizli həyat tərzi keçirir, gecələr qidalanır, gündüzlər isə ferula bitkisi uzun silindr şəkilli yarpaqlarının qınlarında gizlənirlər. İldə bir nəsil verir. Puplar çimlikdə qışlayırlar. Təbii düşməni və xəstəlikləri məlum deyil.

R.Əffəndi tərəfindən Naxçıvan MR-da 5 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Kəpənəyin yaşayış ərazilərinin tədicən insanların yaşayış məskənlərinə çevrilməsi nəticəsində biotopların mal-qara tapdağı altında qalması, ot çalımı, landşaftların dəyişdirilməsi tırtılların yem bitkisi olan çaşırın yerli əhali tərəfindən yeyilməsi və həmin bitkinin qaramalın balaları üçün yem kimi istifadə edilməsi. Həvəskar kolleksiyaçılar tərəfindən komersiya məqsədilə toplanması da kəpənəyin sayının azalmasında müəyyən rol oynayır.[3]

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Qırmızı Kitabının I nəşrinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Kəpənəyin yayıldığı ərazilərdə qorunma sahələrinin təşkil edilməsi, bu ərazilərə vaxtaşırı monitorinqlər kəpənəyin sayının artmasına səbəb ola bilər.

  1. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013
  2. Ландман В. Бабочки: иллюстрированная энциклопедия. — М.: Лабиринт Пресс, 2002. — С. 79-8
  3. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.
  1. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II cild, 2013
  2. Ландман В. Бабочки: иллюстрированная энциклопедия. — М.: Лабиринт Пресс, 2002. — С. 79-80
  3. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.–Л., изд-во АН СССР, 1958, с. 351 - 475;
  4. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.
  5. Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т. LI, вып. 1-2, 1972, с. 136 - 154, 352 - 368.