Şabran mahalı — Quba xanlığında mahal. İndiki Şabran və Siyəzən rayonlarının müəyyən hissəsini əhatə edirdi.
Şabran mahalı Hüseynəli və Fətəli xanların dövründə Muğandan və Azərbaycanın digər bölgələrindən köçürülmüş sakinlər tərəfindən məskunlaşdırılmışdır. Mənbələrdə əhalinin şiə məzhəbli olduğu və qubalılar kimi türk dilində danışdığı barədə məlumatlar vardır. Mahalın əhalisi taxılçılq, maldarlıq və ipəkçilik ilə məşğul olurdu.
Mahalın ərazisində 81 kənd olmuşdur.
Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə.