Şahənd gəvəni

Şahənd gəvəni (lat. Astragalus sahendi) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Şahənd gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

İlk dəfə İranın Şahənd dağında təsvir edilmişdir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Yerəyatan, sıx budaqlı yarımkoldur. İllik budaqları sarımtıldır. Yarpaq oxu tikanlıdır. Yarpaqları 5-7 cüt, dəyirmi və uzunsov, yarpaqcıqları 8 mm-ə qədər uzunluqdadır. Paxlası 1 sm, uzunsov, biryuvalıdır. May ayında çiçəkləyir, meyvəsi iyunda yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda, dənizkənarı ərazilərdə, orta dağ qurşağında, daşlıqlarda yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Təsərrüfat əhəmiyyəti müəyyən edilməmişdir və mədəni halda becərilmir. Tərkibində efir yağı vardır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov