Şah & Sultan (türk. Şah & Sultan) — İskəndər Palanın Şah İsmayıl və Sultan Səlimin mübarizəsindən bəhs edən romanı.
Şah və Sultan | |
---|---|
türk. Şah & Sultan | |
Müəllif | İskəndər Pala |
Janr | Roman |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 15 sentyabr 2010 |
Tərcüməçi | Nəriman Əbdülrəhmanlı |
Nəşriyyat |
Türk: Kapı Azər.: Qanun |
Nəşr |
Türk: 10 Azər.: 2 |
Cild | Nazik |
Səhifə | 404 |
Tiraj |
Türk: 280 000 Azər.: 2000 |
ISBN | ISBN 978-9952-26-602-3 |
Ehtiras
Gözəllik
Məhəbbət və müharibə. Sadəcə, könüllərin deyil, alınların, sümüklərin və gözlərin alov alov yandığı savaş.
Qəhrəmanlarını, Yavuz Sultan Səlimi də Şah İsmayılı də tarixin pilləkənlərində bir pillə aşağı endirən bir pillə yuxarı çıxaran müharibə.
Çaldıran.
İndi Çaldıran nə 500 il geridə nə 500 il sonra.
Müharibə tasında sehrbazının gördüyü nə idi?
Qızılbaşlıq!
Sünnülük!
Hakimiyyət hərisliyi.
Məhəbbətin bir çöküntü kimi dondurduğu vaxt!
Qorxu? Ya o?
Müəllif bir az da qorxuların üstünə gedəndir.
Tarix irəliyə doğru həll edildikcə ağacın kökləri də görüləcəkdir.
Ələvi də Sünni də bağlıdır o kökə. Birdir, o torpaqda.
Kölgələr böyüyübsə işığı deyil qorxunu məğlub olmaq lazımdır.
Qaranlıq və kor işığın hökmranlığı batmasın artıq nəsilləri.
Və məhz bir də məhəbbət!
Poeziya qədər hakimiyyət adında küləyə və oda doğru yol alan iki hökmdar.
Şah və Sultan
Dünya incisi zərif və nəcib qadınlar. Andlarına sadiq kişilər.
Nağıl qədər həqiqət.
Məlahət olduğu qədər ümidverici.
Kitab türkcə 10 dəfə, 280 000 tirajla nəşr olunmuş, 2010-cu ildə Türkiyənin ən çox satılan kitabı olmuşdur.
Kitab Azərbaycan dilində 2012 və 2013-cü illərdə hər dəfə 1000 tiraj olmaqla 2 dəfə Qanun nəşriyyatında nəşr olunmuşdur.[2]
2014-cü ilin fevral ayında Kapı nəşriyyatı tərəfindən kitabın türkcə cib ölçüsündə olan forması nəşr olunmuşdur.[3]