Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi.
Şahanə Nəzərova | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Şahanə Nəzərova | |||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | Siyəzən, Azərbaycan | |||||||
İdman növü | Güləş | |||||||
Medallar
|
Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı.
Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub[1]. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir[1].
2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində[2] keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb[1].
2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən[3] yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb[4].
2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib[5]. İlk görüşdə Yaponiya təmsilçisi Karin Uematsunu tam üstünlüklə, Rusiya təmsilçisi Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edib. Final görüşündə isə Mariya Tomisiçi tam üstünlüklə məğlub edərək qızıl medal alıb[4].
2018-ci ildə 43 kq çəki dərəcəsində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında çıxış edib. İlk görüşündə Bolqarıstan təmsilçisi Stoyanova İzabeli tam üstünlüklə, 1/4 final mərhələsində Fransa təmsilçisi Castin Viquroksu tam üstünlüklə, yarımfinal mərhələsində Rusiya təmsilçisi Luçana Bekbaulovanı 5:0 hesabı ilə məğlub edib. Final mərhələsində Belarusiya təmsilçisi Valerya Kapustsinaya 2-2 xal hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.
2018-ci ildə 43 kq çəki dərəcəsində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yeniyetmə güləşçilər arasında Dünya çempionatında çıxış edib. İlk görüşündə Yaponiya təmsilçisi Anna Uenonu 2-9, 1/4 final mərhələsində Fransa təmsilçisi Castin Viquroksu 6-0, yarımfinal mərhələsində Ukrayna təmsilçisi Amina Ponomarovanı tam üstünlüklə məğlub edib. Final mərhələsində Amerika təmsilçisi Emili Şilsona tam hesabla məğlub olaraq gümüş medala sahib çıxıb.
2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib[6]. Birinci görüşdə onun rəqibi Braziliya nümayəndəsi Heloisa Martinez oldu.[7] Həmin görüşdə Şahanə Nəzərova rəqibinə 11:0 hesabı ilə qalib gəldi.[7] Növbəti görüşdə onun rəqibi Nigeriya nümayəndəsi Kristiana Oqunsanya oldu.[7] Bu görüşdə də Şahanə Nəzərova rəqibinə 6:0 hesabı ilə qalib gəldi [7] Üçüncü görüşdə Şahanə Nəzərova Birləşmiş Ştatlar nümayəndəsi Emili Şilson ilə üz-üzə gəldi və rəqibinə 2:12 hesabı ilə məğlub oldu.[7] Qrup mərhələsinin sonuncu görüşündə isə Fransa nümayəndəsi Castin Viqurux ilə üz-üzə gələrək onu 1:0 hesabı ilə məğlub edib. Bürün medal uğrunda gedən qarşılaşmada Monqolustanı təmsil edən Enxluz Batbaatarı 7:6 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.[7]