Şahhüseyn Kərimov (2 sentyabr 1947 – 4 dekabr 2011) — Azərbaycanın şef-aşpazı.
Şahhüseyn Kərimov | |
---|---|
Şahhüseyn Qulu oğlu Kərimov | |
Doğum tarixi | 2 sentyabr 1947 |
Vəfat tarixi | 4 dekabr 2011 (64 yaşında) |
Həyat yoldaşı | Kərimova Şəmsiyə |
Anası | Kərimova Səkinə |
Fəaliyyəti | Azərbaycan Respublikasının baş aşpazı |
Şahhüseyn Kərimov 2 sentyabr 1947-ci ildə Azərbaycan Respublikası, Lənkaran şəhərində irsi kulinarlar ailəsində anadan olub. Uşaqlıqdan bəri kulinariya bacarıqlarını öyrənməyə başlamış, atasının restoranında köməkçi olaraq çalışırdı. Gənc yaşlarından atasından və yerli insanlardan Azərbaycan mətbəxinin sirlərini öyrənirdi. Yemək hazırlamaq istedadı onun genlərinə qoyulmuşdur. 11 saylı peşə liseyində aşpazlıq sənəti üzrə Nürəddin müəlliminin yanında möhkəm addımlarını atmışdır. Hərbi xidmətdə təlimatçı aşpaz kimi xidmət göstərib. Əsgərlik illərindən sonra Azərbaycanın, Rusiyanın, Fransanın dəyərli restoranlarında çalılışıb. Ailəlidir, 3 övladı var
1983-cü il həyatının dönüş nöqtəsi olmuşdur. Belə ki, SSRİ Moskva şəhərində keçirilən individual sosialist yarışmada qalib olub "Лучший по профессии" Diplomuna layiq görülmüşdür.
1990-cı İldə Azərbaycan Respublikası Ticarət Nazirliyinin Elmi Tədqiqatların Tətbiqi Mərkəzinin Respublika ictimai İaşə şöbəsinin müdir, SSRİ Kulinariya Assosiyasiyasının Təbliğat şöbəsinin rəisii Tahir Əmiraslanov Lənkəranda IV dərəcəli aşpaz Şahhüseyn Kərimovla tanıç olur və onu qabağa çəkməyə başlayır. Bu görüş onun həyatında dönüş nöqtəsi olur. Çünki bundan sonrakı bütün tədbirlərə onu Tahir Əmiraslanob aparır ya göndərir. Bu əməkdaşlıq və dostluq Şahin son günlərinə qədər davam edir.
1991-ci ildə Tahir Əmiraslanovun təşəbbüsü ilə SSri Kulinariya Assosiyasiyası tərəfindən SSRİ Ticarət Nazirliyi ilə keçirilən SSRİ Ümumittifaq sosialist aparıcı peşə işçiləri arasında keçirilən yarışmada qalib olub fəxri diplomla təltif edilmişdir.
1991-ci ildə Moskvada Tahir Əmiraslanovun təşəbbüsü ilə SSRİ Kulinariya Assosiyasiyası tərəfindən İlk dəfə Novruz Bayramı keçirilir . Azərbaycandan Tahir Əmiraslanovun rəhbərliyi ilə gedən kulinariya nümayəndəi heyətinə Şah da daxil edilir. Ermitaj bağında 10 min nəfərə Novruz bayramı günləri keçirilir və oda orada baqaları ilə bərabər öz məharətini göstərir.
1991-ci ildə Ticarət nazirliyi və Ticarət İstehlak Koopersiyası işçilərinin Həmkərlar İttifaqının Respublika Komitəsi tərəfindən təşkil edilmiş "Aşbaz 1991" müsabiqəsində Fəxri Fərman almışdır.
1992-ci ildə Tahir Əmiraslanovun səyləri nəticəsində Azərbaycan sabiq SSRİ, Sosialist lageri, Türk və İslam dünyası ölkələrindən Dünya Kulinariya Assosiyasiyaları Birliyinə Üzv qəbul edilir. Bu məqsədlə Almaniyaya gedən nümayəndə heyətinə Şahhüseyn Kərimov da daxil edilir.
!993-cü ildə AMKM tərəfindən Maltada keçirilən dünya kulinariya Çempionatına aparılır. Bu Çempionatdan qayıdan bütün aşpazlar AMKM tərəfindən Usta ixtisas dərəcəsinə təqdim edilir. Respublika KUlinariya Şürası üzvlərinin qəti etirazına baxmayaraq (bu gün də bu barədə sənədlər imzalanmamışdır) Tahir Əmıraslanovun təkidi nəticəsində.yalnız Ticarət Naziri Ağasəlım Bağırovun imzası ilə Şahhhüseyin Kərimov 1993-cü ildə Ticarət Nazirliyi tərəfindən Usta Aşbaz dərəcəsinə layiq görülmüşdür. Şahhüseyn Kərimov kulinariya sahəsində olan bilik və bacaracaqlarına görə bu şərəfli ada VI dərəcədən sonra yox, IV dərəcədən sonra layiq görülmüşdür.
1997-ci ildə Tahir Əmiraslanov Rusiyada Bir milyon tirajla dərc edilən Pitaniya və Obşestvo jurnalında ona məqalə həsr edir və ona Azərbaycan mətbəxinin Şahı deyə müracıət edir. Sonradan bu bir təxəllüs kimi qalır.
İllər ərzində AMKM və AMKA tərəfindənSinqapur, Malaziya, Malta, Fransa, Almaniya, Belçika, Amerika, İtaliya, Türkiyə, Rusiya, BƏƏ, Çin və sair ölkələrdə olan tədbirlərə göndərilib, çoxlu sayda mükafatlar alıb, qizil medallara layiq görülmüşdür.
2000-ci ildə Moskvada Rusiya Kulinariya Assosiyasiyasının 3000 dən artıq aşpaz arasında keçirilən "3-cü Minilliyin Ulduzu" yarışmasında Rusiya Kulinariya Assosiyasiyasının vitse prezidenti Tahir Əmıraslanov tərəfindən aparılır və dünyanın ən güclü və məşhur 60 aşpazından biri kimi Şahhüseyn Kərimova da "3-cü Minilliyin Ulduzu" adı Moskva şəhərinin Meri Lujkov və WACS Prezidenti Bill Qallaxer tərəfindən verilmişdir.
2007-ci ildə Azərbaycan mətbəx mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərinə görə Azərbaycan Milli Kulinariya Assosiasiyasının Fəxri üzvü seçilmişdir.
2000–2011-ci illər aralığında AMKA və AMKM in göndərişləri ilə Azərbaycan Respublikasının Fransa, İtaliya, Böyük Britaniya və sair ölkələrdə Yunesko xətti və digər xətlər ilə keçirdiyi Azərbaycan tədbirlərinin keçirilməsində əvəzsiz rolu olmuşdur. Məhz tədbirlərin bütün təamlarını yetirmələri ilə hazırlamış və tədbir iştirakçılarını Azərbaycan Milli və Avropa yeməkləri ilə ağız dadlarını təmin etmişdir. Şahhüseyn Kərimov 1990–2011-ci illərdə daimi olaraq AMKM və AMKA ilə çalışmış , Bu təşkilatların göndərişləri, təşkilati və maliyyə gücü sayəsində bir cox uğurlara naıl olmuşdur. Şah həm də bildiklərini öyrədən usta idi. Peşəsini və şagirdlərini sevərdi. Özünə və şagirdlərinə qarşı tələbkardı. Şahın təqdimatı ilə AMKA ya üzv götürülmüş şagirdləri də indi olkəmızıdə şöhrət sahibidirlər. Şah Azərbaycan mətbəx tarixində yaşayacaq.
İllər keçdikcə şagirdlərin sayı artdıqca xarici səfərlərinin sayı da artır və səfərdən qələbə ilə qayıdırdı. Dilini başa düşmədiyi insanlarla olduqda, əllərinin yaratdığı işin onu necə hörmətli etməsi, gördüyü hörmət, diqqət və qayğı, gülümsər simalar-bütün bunların yaratdığı sevinc Şahhüseyn Kərimovu daha da fərəhləndirir və işində daha yüksək nailiyyətlər əldə etməyə həvəsləndirirdi.
Şagirdlərinin sayı 250-dən yuxarı olub dünyanın demək olar ki, bütün ölkələrində fəaliyyət göstərir həmçinin Azərbaycanın ən görkəmli restoran və otellərində çalışırlar. İnsanları həm Azərbaycan, həm dünya mətbəxinin təamları ilə sevindirirlər. Tələbələrinə profesional kimi aşpazlığın incəliklərini və bütün bildiklərini ötürürdü, onları hər zaman digər sənətkarlardan bir addım öndə saxlayırdı.
Bir çox nəşrlərdə Bakı jurnalı, Bizim mətbəx jurnalı, Kulina jurnalı və sair Şahhüseyn Kərimov barədə məqalələr dərc edilmişdir və "Azərbaycan mətbəxinin Şahı" adlandırıb onun sənətinə yüksək qiymət verilmişdir.
2019-cu ildə Chef Cup Azərbaycan aşpazları arasında keçirilən yarışma Şahhüseyn Kərimova-dahi aşpazın xatirəsinə həsr edilmişdir. 26.06.2019-cu il tarixində Qızıl Şah adlanan Milli mətbəx çempionatı təsis edildi. Çempionat hər 2 ildən bir və ilk dəfə World Food Azerbaijan 2020 sərgisi çərçivəsində keçiriləcəkdir.
Əfsanəvi Şef, "Azərbaycan mətbəxinin Şahı", Azərbaycan mətbəxinin dünya mirası olaraq qəbul edilməsi üçün çox işlər görən Böyük sənətkar Şahhüseynin adı ənənələrə hörmət və eyni zamanda ixtiraçılıq və yeniliyin axtarışı ilə fərqlənən bütün Azərbaycan mətbəxini təşkil edir.
Şahhüseyn Kərimov yeganə azərbaycanlıdır ki, Ümumdünya Aşbazlar Təşkilatı "Minilliyin Ulduzu" dərəcəsinə layiq görmüşdür..