Şahin Əhmədov (Əhmədov Şahin Yarməmməd oğlu; d. 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Yaxın Şərq Universitetinin bədən tərbiyəsi və idman fakültəsinin dekanı.
Şahin Əhmədov | |
---|---|
Əhmədov Şahin Yarməmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi adı | Professor |
İş yeri |
Əhmədov Şahin Yarməmməd oğlu 1958-ci il yanvarın 1-də Bakıda anadan olub. 1981-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) müalicə işi ixtisası üzrə bitirib. 1981-1982-ci illərdə Bakıdakı Respublika Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim-intern işləyib. 1982-ci ildə təyinatla sahə həkimi kimi 1 nömrəli Sumqayıt şəhər xəstəxanasına göndərilib. 1985-1988-ci illərdə Ş.Əhmədov Respublika Neyrocərrahiyyə Mərkəzində müalicə həkimi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdikdən sonra isə anestezioloq-reanimatoloq kimi çalışıb. 1988-1991-ci illərdə Rusiya Tibb Elmləri Akademiyasının Ümumittifaq Cərrahiyyə Elmi Mərkəzində (Moskva) reanimasiya və intensiv terapiya şöbəsinin əyani aspiranturasında təhsil alıb. İntensiv terapiya şöbəsində ağır xəstələrə hemodializ verilməsi zamanı ürək-damar sisteminin parametrlərinin dəyişikliklərinin öyrənilməsinə həsr olunan namizədlik dissertasiyası SSRİ Səhiyyə Nazirliyinin baş reanimatoloqu, professor R.Lebedevanın rəhbərliyi ilə yerinə yetirilib və müvəffəqiyyətlə müdafiə olunub.[1]
1990-cı ildə Moskvada aspiranturada oxuyarkən Ş.Əhmədov “Medicine” Sovet-Amerika birgə müəssisəsinin Moskva Refleks Terapiyası İnstitutunun həkim-refleksoterapevtlərinin iştirakı ilə təşkil etdiyi Çin akupunktura (iynəbatırma ilə müalicə) kursunu bitirib.
Aspiranturanı bitirib Bakıya qayıdan Ş.Əhmədov 1991-1993-cü illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun reanimasiya kafedrasının assistenti olub. 1993-cü ilin iyulunda Şimali Kipr Türk Respublikasında (ŞKTC) anestezioloq kimi işə dəvət olunub və 1993-1997-ci illərdə Nikosiyada doktor Burhan Nalbantoğlu adına dövlət xəstəxanasında anestezioloq-reanimatoloq işləyib. 1997-ci ilin oktyabrından indiyədək Nikosiyada Yaxın Şərq Universitetinin (Near East University) bədən tərbiyəsi və idman fakültəsinin dekanı vəzifəsində çalışır.