Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Şahin Salahov - Azərbaycan Respublikası Nazirlər Kabineti Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri
Şahin Salahov | |
---|---|
Salahov Şahin Rasim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə |
Salahov Şahin Rasim oğlu 1952-ci ildə Bərdə rayonunda anadan olmuşdur. İxtisasca hidrotexnika mühəndisidir.
Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Abşeron mexaniki suvarma idarəsində sahə mühəndisi kimi başlamışdır.
1977-1986-cı illərdə “Azbaşmeliosutikinti”-nin “Xüsusisənayemənzilsutikinti” trestində mühəndis, şöbə rəisinin müavini, şöbə rəisi, 34№-li səyyar-mexanikləşdirilmiş dəstənin rəisi, istehsalat şöbəsinin rəisi, 1986-1990-cı illərdə “Başmeliosutikinti” idarəsinin “Xüsusisənayemənzilsutikinti” trestinin istehsalat şöbəsinin rəisi, trest müdirinin müavini vəzifələrində işləmişdir.
1990-1991-ci illərdə Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Azərbaycan Respublikası Dövlət Komitəsinin “Qaçqıninşaat” İTB-də İTŞ-nin rəisi, 1991-1993-cü illərdə 1№-li “Qaçqıninşaat” trestinin İTŞ-nin rəisi, baş mühəndisi olmuşdur.
1993-2002–ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin tikinti, inşaat materialları və tikinti sənayesi şöbəsində böyük referent, həmin şöbənin müdir müavini, şöbənin müdiri vəzifələrində işləmişdir.
2002-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiridir.
2012-ci il 22 iyun tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.